Gülağa Tənha : Bu gün peşəkarların bayramıdır...

Gülağa Tənha : Bu gün peşəkarların bayramıdır...

Gülağa Tənha :

Bu gün peşəkarların bayramıdır...

 

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür. Dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə cəmiyyətin güzgüsü olmuş, insanları düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.
Ötən illər ərzində Azərbaycan mətbuatı böyük, keşməkeşli yol keçərək bugünkü inkişaf səviyyəsinə çatmışdır. Xüsusilə, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin mətbuatının inkişafında yeni mərhələ başlamış və bu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində milli mətbuatımız yeni-yeni nailiyyətlər qazanmışdır.
Bu gün özünü jurnalist hesab edənlərin və cibində vəsiqə gəzdirənlərin sayı minlərlə ola bilər, amma bu gün peşəkarların bayramıdır. Sevinirəm ki, dostlarım arasında sonuncular çoxluq təşkil edir.
Milli Mətbuat Günü münasibətilə Sizi və həmkarlarınızı ürəkdən təbrik edirəm. Məsuliyyətli, çətin oldugu qədər qürurverici işinizdə müfəffəqiyyətlər, yeni nailiyyətlər, Azərbaycan naminə şərəfli fəaliyyətinizdə zirvələr, ugurlar, yüksəlişlər arzulayıram!

Bayramınız mübarək!!!”

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]