Türkologiya jurnalı Rusiya Milli Kitabxanasına təqdim edilib

“Türkologiya” jurnalı Rusiya Milli Kitabxanasına təqdim edilib

“Türkologiya” jurnalı Rusiya Milli Kitabxanasına təqdim edilib 

 

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası beynəlxalq kitab mübadiləsi istiqamətində fəaliyyətini genişləndirir. Əməkdaşlıq kontekstində MEK tərəfindən Rusiya Milli Kitabxanasına “Türkologiya” jurnalının 2020-ci il üzrə 1,2,3 və 4 saylı nüsxələri göndərilib. Rusiya Milli Kitabxanasının rəhbərliyi AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyevə kitab-bilik mübadiləsinə, dəyərli elmi mənbələrə görə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində AMEA MEK ilə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi, Rusiya Dövlət Kitabxanası, Rusiya Milli Kitabxanası, Rusiya Elmlər Akademiyasının Təbii Elmlər Kitabxanası, B.Yeltsin adına Rusiya Prezident Kitabxanası, “Sodeystvie” Mədəniyyət-təhsil proqramlarına yardım Fondu, A.Soljenitsın adına Moskva Rus Mühacirliyi Evi, həmçinin Rusiya Federasiyasının regional kitabxanaları arasında müxtəlif formatlı tədbirlər, beynəlxalq kitab mübadiləsi həyata keçirilir.

 

Məlumat üçün vurğulayaq ki, MEK-in Diplomatik fondunda fəaliyyət göstərən “Rusiya Federasiyası” guşəsində Rusiya Federasiyasının müxtəlif elmi müəssisələri tərəfindən MEK-ə hədiyyə olunmuş 500-dən artıq nəşr mövcuddur. Həmçinin, MEK-in Xarici dillərdə ədəbiyyat fondunda rus dilində müxtəlif ədəbiyyatlar, sənədlər saxlanılır ki, bunların arasında ən mühümləri e-kataloqa daxil edilərək rəqəmsallaşdırılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]