Ağstafada koronavirusa yoluxan qadın övladına toy etdi +FOTO=4

Ağstafada koronavirusa yoluxan qadın övladına toy etdi +FOTO=4

Ağstafada koronavirusa yoluxan qadın övladına toy etdi 

 

 

 

 

Ağstafada övladına toy məclisi təşkil edən koronavirus xəstəsi məsuliyyətə cəlb olunub.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qırılı kənd sakini olan bir xanımın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanda övladı üçün toy mərasimi təşkil edib.

Ağstafa RPŞ əməkdaşları dərhal həmin ünvana gələrək toy mərasiminin keçirilməsi təxirə salınıb. Tibbi prosedurlar gözləməklə həmin xanımı xəstəxanaya yerləşdirib. Bundan başqa araşdırmalar zamanı məclisdəki qonaqların sayının Operativ Qərargahın müəyyən etdiyi saydan artıq olması və əksər qonaqların vaksinasiya olmaması da aşkar edilib.

Faktla bağlı polis şöbəsində araşdırmalar davam etdirilir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]