Dünyanın ən çox süd içən xalqı

Dünyanın ən çox süd içən xalqı

Dünyanın ən çox süd içən xalqı 

 

Dünyada ən çox süd istehlak edən xalq finlərdir. Finlandiyada bir nəfərə düşən süd istehlakının miqdarı 361 kiloqramdır. Siyahıda ikinci yeri isveçlilər tutur.

İsveçdə il ərzində adambaşına düşən süd istehlakının miqdarı 355, Hollandiyada 320 kiloqramdır. Siyahıda 4-cü yeri tutan İsveçrədə bir nəfər il ərzində 315 kiloqram süd istehlak edir.

Dünyada ən çox istehlak edilən süd keçi südüdür. Bütün ölkələr arasında ən çox keçi sayı Çindədir. Çindən sonra Hindistan, Pakistan və Banqladeş keçilərin ən çox saxlanıldığı ölkələrdir. Bu dörd Asiya ölkəsində saxlanılan keçilərin sayı dünyadakı ümumi keçi sayının təxminən 45 faizini təşkil edir.

Südün qiymətinə gəldikdə isə, bu qida heç də bütün ölkələrdə hər kəs üçün əlçatan deyil. Südün qiymətinin çox baha olduğu ölkələr var. Livan südü ən yüksək qiymətə satan ölkədir. Burada bir litr südün qiyməti 3,47 dollardır. Yamaykada və Sinqapurda bir litr süd 2,43 dollar, Norveçdə 2,15 dollar, Cənubi Koreyada 2,12 dollardır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]