"Pati" qəbul edənlərdə şizofreniya hallarına rast gəlinir- Psixoloq

"Pati" qəbul edənlərdə şizofreniya hallarına rast gəlinir- Psixoloq

"Pati" qəbul edənlərdə şizofreniya hallarına rast gəlinir-  Psixoloq

 

Son vaxtlar "Pati", "Metamfitamin" qəbul edənlərdə şizofreniya halları müşahidə edilir.

 

 

Bunu psixoloq Orxan Farəcli "Medianın psixi sağlamlıqda rolu" adlı təlimdə bildirib.

 

 

O. Fərəcli qeyd edib ki, hətta pasiyenti olan gənc oğlanda belə problemlər yaranıb:

 

 

"Pasiyentim düşünür ki, pərdə hansısa şəkildə dayanırsa, bu kənardakılara mesajdır, proseslər Çindən idarə olunur, həyat yoldaşı ona xəyanət edir və s. Bu cür insanların çox ciddi psixoloji dəstəyə, xəstəxanaya yatırılmalarına ehtiyac var. Çünki insan daim həyat yoldaşının ona xəyanət etdiyini düşünür və o qadın daim təhlükədədir".

 

 

Psixoloq regionlarda "Pati", "Şüşə"nin çox geniş yayılmasına da münasibət bildirib:

 

 

"Hətta o dərəcədə ki, insanlar kim tərəfindən, harada satıldığını bilirdilər. Ona görə də son vaxtlar hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatlar çox doğru, amma gecikmiş əməliyyatlardır. Bunun ictimaiyyətə açıqlanmasını doğru sayıram. Çünki açıqlanmadıqca, vəziyyət nəzarətdən çıxır. Bunun bir növ narkotik vasitələrin təbliğatı olduğu qənaətində deyiləm".

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]