Dözümsüzlük

Dözümsüzlük

Dözümsüzlük 

 

Bütün məməli heyvanlar körpəlik çağında ana südü ilə qidalanırlar. Çünki laktoza fermenti süd şəkərini həzm etməyə kömək edir. Ancaq heyvanın süddən kəsilmə vaxtı gələndə gen ferment istehsalını dayandırır.

 

Beləliklə, süd istehlakı da dayanır. Əslində insan da bir məməli növü olaraq, bənzər həzm sisteminə sahibdir və 2 yaşını keçdikdən sonra südü həzm etməsi olduqca çətindir. Amma min illərdir davam edən heyvan südü istehlakı insanın həzm sisteminin buna adaptasiya olmasına səbəb olub. Bununla birlikdə bütün insanlar südü həzm edə bilmirlər və buna görə onlar arasında laktoza dözümsüzlüyü olaraq adlandırılan hala olduqca çox rast gəlinir. Laktoza dözümsüzlüyü olan şəxslər süd şəkərlərini parçalamaq üçün lazım olan fermenti istehsal edə bilmirlər. Belə şəxslər süd içdikdə mədə spazması, ishal və ya digər narahatedici simptomlarla qarşılaşırlar.

 

Bununla bağlı araşdırmalarda məlum olub ki, Avropada yaşayan insanlar süd istehlakı ilə bağlı Hindistanda yaşayan insanlara nəzərən daha az problemlə üzləşirlər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]