Soya südünün faydaları

Soya südünün faydaları

Soya südünün faydaları 

 

 

 

 

Soya paxlasının zəngin tərkibindən bəhrələnən soya südü paxlanın isladılıb üyüdülməsi və süzülməsindən sonra əmələ gəlir. Bəzi diyetoloqların fikrincə, soya südü qida maddələrinin tərkibi baxımından A, D, E, B vitaminləri və dəmirlə zəngindir.

 

Sadə soya südü protein baxımından çox zəngindir. Adi inək südünə nəzərən lif daha çox olub, inək südündən daha yağlıdır. Bu yağlar orqanizmə zərərli olmayıb, əksinə, xolesterol səviyyəsinin aşağı salınmasını təmin edir. Soya südünün tərkibində laktoza olmadığı üçün laktoza dözümsüzlüyü olan insanların üstünlük verə biləcəyi ən yaxşı alternativdir. Son illərdə get-gedə artmaqda olan inək südü allergiyası olan insanlara soya südü münasib variantdır. Həmçinin vegetarianlar tərəfindən inək südü əvəzinə istifadə olunur. Soya südünün günlük qida miqdarı 100 milliqramdan çox olmamalıdır.

 

Tərkibində “Omeqa-6”, “Omeqa-3” yağ turşuları və dəmir olması səbəbi ilə soya südü qan damarlarının divarlarını daha elastik və davamlı edir. Bu maddələr azad radikalların hərəkəti ilə qan damarlarının pisləşməsinə və daxili divarlarda xolesterolun əmələ gəlməsinə mane olur. Bəzi araşdırmalar göstərir ki, soya südünün istifadəsi kişilərdə prostat xərçəngi və qadınlarda döş xərçənginin inkişaf riskini azaldır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]