Kleopatranın gözəllik sirri

Kleopatranın gözəllik sirri

Kleopatranın gözəllik sirri 

 

 

 

Əsrlər keçsə də, əfsanəvi kraliça Kleopatranın gözəlliyi hələ də dillərdə dastandır.

 

Söylənənlərə görə, Kleopatranın əsrarəngiz görünüşünün sirri məhz onun gözəllik əldə etmək üçün istifadə etdiyi metodlarda, reseptlərdə gizli olub. Gözəlliyini qorumaq üçün ən çox istifadə etdiyi metod isə süd vannaları qəbul etməsi olub.

 

Misir kraliçasına hamamlanma suyu hazırlanarkən ona eşşək südü, bal və badam yağı qatılması məlumdur. Bu heyrətamiz yuyunma suyunu hazırlamaq üçün 3 stəkan süd yarım stəkan bal və 5 xörək qaşığı badam yağı ilə qarışdırılıb. Sonra həmin qarışım hazırlanan isti hamam suyuna əlavə edilib və Kleopatra bu gözəllik vannasından zövq alıb, dərisini günəşin yandırıcı təsirindən qoruyub.

 

Sözügedən gözəllik ayinlərinin hazırlanma üsulları qazıntılar zamanı tapılan qədim Misir papiruslarında da təsvir edilib. Süd vannasını Neronun ikinci həyat yoldaşı da çox sevib. Belə ki, o, bu məqsədlə hər səyahətində özü ilə yüz dişi eşşək apararmış.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]