Herodotun işarə etdiyi qədim türk içkisi

Herodotun işarə etdiyi qədim türk içkisi

Herodotun işarə etdiyi qədim türk içkisi  

 

Dünyada ən qədim içki növlərindən biri qımız hesab olunur. Alimlər belə hesab edirlər ki, qımız atın əhliləşdirilməsi ilə birlikdə meydana çıxıb. Qımız barədə yazılı məlumatlara qədim Çin və yunan mənbələrində rast gəlinir. Çin mənbələrində türklərin heyvandarlıqla məşğul olduğu, onların ətini yedikləri, südündən qımız düzəltdikləri qeyd olunur. Herodot və Hippokrat isə iskitlər haqqında yazırdılar ki, onlar madyan südündən hazırladıqları içkini içirlər. Bu içkinin hazırlanma qaydasını sirr saxlamaq üçün onu hazırlayan qulları kor edirdilər.

 

Hələ qədim zamanlardan qımız bir çox xəstəliklərlə mübarizədə istifadə olunurdu. Sonralar araşdırmalar nəticəsində qımızın faydaları elmi dəlillərlə də sübut edilib. Zülallarla, habelə A, B, C vitaminləri ilə zəngin qımız həzm sistemini yaxşılaşdırır, bağırsaq çöpləri ilə mübarizədə faydalı təsir göstərir. Sinir sisteminin yaxşılaşmasında, yuxusuzluqla mübarizədə faydalıdır. Qımızın ən önəmli xüsusiyyətlərindən biri isə vərəmlə mübarizədə istifadə olunmasıdır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]