Göyçədə ermənilər təlaşda: Bu gecə əhali kəndləri boşaltdı

Göyçədə ermənilər təlaşda: “Bu gecə əhali kəndləri boşaltdı”

Göyçədə ermənilər təlaşda: “Bu gecə əhali kəndləri boşaltdı” 

 

Ermənilərin Azərbaycanla sərhəddə törətdiyi təxribatlar özlərinə baha başa gəlir. Kəlbəcər-Göyçə sərhədində dünəndən başlayan gərginlik bölgədə yaşayan ermənilər arasında böyük təlaş yaradıb.

 

Kəlbəcərlə sərhəddə yerləşən erməni kəndlərinin sakinləri bu gecə kəndləri tək edərək Basarkeçər rayonunun mərkəzinə və ya Ermənistanın başqa rayonlarına yollanıblar. Yerli sakinlərin mediaya bildirdiyinə görə əsasən qadınlar, qocalar və uşaqlar bölgədən təhlükəsiz yerlərə çıxarılıb. “Elə yerlər var ki, kənd tamamilə boşaldı bir gecədə. Çünki, silah səsləri evimizin içində eşidilir. Azərbaycan hərbçilərinin əks hücumu qəfil başladı. Sanki, ildırım çaxırdı. Belə bir şəraitdə bu kəndlərdə yaşamaq və təsərrüfatla məşğul olmaq mümkünsüz görünür”- deyə kənd sakini bildirir.Turkustan.info

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]