İsrailin Azərbaycandakı səfiri Bakı Limanına səfər edib - FOTO

İsrailin Azərbaycandakı səfiri Bakı Limanına səfər edib - FOTO

İsrailin Azərbaycandakı səfiri Corc Dik Ələt qəsəbəsində yerləşən Bakı Limanında olub. Burada “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadovla görüşən qonaqa məlumat verilib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və onun mühüm hissəsi olan Baki Limanı Avropa ilə Asiya arasında vacib qovşaq rolunu   oynayır. Regionda ilk dəfə olaraq “Yaşıl Liman” statusunu alan Bakı Limanının illik yükaşırma imkanı 15 milyon ton və TEU ekvivalentində 100 min konteynerdi. Üstəlik limanın ikinci fazasının inşası nəzərdə tutulur ki, bununla da limanın yükaşırma imkanı illik 25 milyon ton və TEU ekvivalentində 500 min konteyner olacaq. Bakı Limanının inkşafı barədə məlumat verən Baş direktor bildirib ki, liman ərazisində 2022-ci ilin sonuna kimi yeni gübrə terminalının istifadəyə verilməsi nəzərdə tutulub ki, illik yükaşırma gücü 2.5 milyon ton olacaq bu terminal sayəsində Orta Asiyadan Bakı Limanı vasitəsi ilə daşınan gübrə məhsulunun həcminin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Daha sonra səfirin sualları cavablandırılıb və terminallarda görülən işlə əyani tanışlıq olub. Sonda Baş direktor İsrail səfirinə Bakı Limanın tarixi və bu günündən bəhs edən kitab hədiyyə edib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]