TƏBİB-dən Xalq artistinin ölümü ilə bağlı AÇIQLAMA

TƏBİB-dən Xalq artistinin ölümü ilə bağlı AÇIQLAMA

 TƏBİB-dən Xalq artistinin ölümü ilə bağlı AÇIQLAMA

 

 

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xalq artisti Səməd Səmədovun ölümü ilə bağlı açıqlama verib.

 

TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış AZpress.AZ-a bildirib ki, Xalq artisti Səməd Səmədov 23 iyul 2021-ci il tarixində 60-70 saturasiya ilə Yeni klinika tibb müəssisəsinə daxil olub:

 

"Döş qəfəsi kompüter tomoqrafiyasının nəticələrinə əsasən onda koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib. Bütün səylərə baxmayaraq, COVİD ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib. Böyrək çatışmazlığı yaranıb".

 

O, təəssüflə Xalq artistinin həyatını xilas etməyin mümkün olmadığını qeyd edib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]