Vasif Durarbəyli DK-nın 18 finalında - İNTİQAM təqdim edir (AZpress.AZ)

Vasif Durarbəyli DK-nın 1\8 finalında - İNTİQAM təqdim edir (AZpress.AZ)

Vasif Durarbəyli DK-nın 1\8 finalında - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Soçidə (Rusiya) kişi şahmatçılar arasında keçirilən və mükafat fondu 1 892 500 dollar təşkil etməklə iddiaçılar turnirinə seçmə xarakteri daşıyan Dünya Kuboku davam edir. Dünən turnirdə 1\8 final mərhələnin partiyalarına start verilib və ilk oyunlar keçirilib. Xatırladaq ki, turnirə qatılan 3 şahmatçımızdan yalnız biri biri - Vasif Durarbəyli bu mərhələyədək gəlib çıxa bilib və burada hindistanlı Santoş Vidit Qucaratiyə rəqib olub. O, ilk klassik görüşdə rəqiblə sülh bağlayıb. Reqlamentə əsasən, rəqiblər bu gün ikinci dəfə klassik növdə qarşılaşacaqlar. Əgər ikinci görüşdən sonra qalib aşkarlamnazsa, onda rəqiblər sabah tay-brekdə mübarizəni davam etdirəcəklər.

Qeyd: DK-da ölkəmiz kişilərin yarışında 3, qadınlar arasında isə 4 şahmatçı ilə təmsil olunurdu. Təəssüflər olsun ki, kiişilərdən Şəhriyar Məmmədyarovla Nicat Abbasov, qadınlardan isə hamısı (Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə və Gülnar Məmmədova) mübarizəni erkən dayandırıb. Onu da qeyd edək ki, kişilərin yarışında finalçılar İddiaçılar turnirndə iştirak etmək hüququ qazanmış olacaqlar, qalib isə, həm də 110 min dollar mükafat əldə edəcək.
İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]