Faiq İsmayılov: Fəaliyyəti məzara yönəldilən QHT sektoru

Faiq İsmayılov: Fəaliyyəti məzara yönəldilən QHT sektoru

Faiq İsmayılov: Fəaliyyəti məzara yönəldilən QHT sektoru 

 


Bilirəm mənim sübuta ehtiyac olmayan bu yazım, bəzi həmkarlarımı ürəyicə olmayacaq. Lakin uzun illər tərkibində təmənnasız, şərəflə çalışdığım QHT sektorunun bir qrup adamlar tərəfindən aşağılanması, məni bu həqiqətləri deməyə vadar etdi. Sadəcə əksəriyyətin demək istədiyi lakin deyə bilmədiyini mən dedim.
 

 

Qeyri-hökümət təşkilatı hökümətdən asılı olmadan fəaliyyət göstərən özünü vətədaş cəmiyyətinə aid edən müxtəlif ictimai birliklər, hərəkatlar, komitələr, fondlar, institutlar və digər təşkilatların şəbəkələridir. QHT-lərin fəaliyyəti qeyri-komersiya məqsədləri daşıyır və humanitar, təhsil, səhiyyə, ictimai – siyasi, sosial, insan hüquqları və ətraf mühitin qorunması sahələrini əhatə edir. Eyni zamanda Qeyri Hökumət Təşkilatları vətəndaşların asudə vaxtlarından səmərəli istifadəni təşkil edilməsində və onların bilik və bacarıqlarının müxtəlif istiqamətlərdə Olkənin inkişafına yönəltməyi bacarırlar.

 

Dünyanın bütün ölkələrində bu qeyri-komersiya təşkilatları yoxsulluğun azaldılması, yeni imkanların yaradılması, insan hüquqlarının qorunması və bu kimi digər məqsədlər üçün də yaradılır xidmət göstərir və inkişaf edirlər. Təbii ki, Qeyri Hökumət Təşkilatları və ictimai cəmiyyətlər mütəmadi olaraq Azərbaycanda da yaradılır.

 

Qanunla uzla.masada Azərbaycanda qeyri-komersiya qurumlarının bir çoxu Dövlət orqanları tərəfindən yaradılır, ofis, maşın və maliyyə ilə təmin edilir, mühüm Dövlət səviyyəli tədbirlərdə iştirakları təmin olunur. Ölkə həyatında bir çox proseslərə müdaxilələr edir, özlərinə mətbuu orqan təsis edərək fəaliyyətlərini tənzimləyirlər. Bu tipli qeyri hökumət qrumları mətbuata açıqdırlar, fəaliyyətləri barədə hesabatlar verirlər və s.

 

Digər bir qrup qeyri-komersiya qrumları məmurlar tərəfindən yaradılan təşkilatlardırlar. Bu tipli qrumlar Nazirliklər, Baş idarələr və digər maliyyə təşkilatları tərəfindən qeyri hökumət təşkilatları üçün ayrılan vəsaitlərin silinməsində iştirak edirlər. Qapalı fəaliyyət göstərirlər özləri haqqında cəmiyyətə məlumat vermirlər. Məhz bu səbəbdən Ədliyyə Nazirliyində təqribən 4 minə yaxın qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatdan yalnız 5-6 yüz təşkilatın fəaliyyəti diqqət çəkir.

 

Daha bir qrup qeyri-komersiya qrumları isə vətəndaşlar tərəfindən yaradılırlar. Bu rurup təşkilatlar iki yerə ayrılırlar; birincisi öz ideyalarını həyata keçirmək məqsədi ilə, ikincisi qrant əldə etmək məqsədi ilə. Bu qrupa aid olan təşkilatlar daha çox hay-küyçülüyü xoşlayırlar. Öz fəaliyyətlərini daha çox diqqətə çatdırmaqla, növbəti qrant layihəsi əldə etmək üçün bir-biri ilə mübarizə aparırlar. Qranta aludəçilik bəzi QHT-ləri xarici ölkə sərmayəçilərindən asanlıqla asılı vəziyyətə salır və onların bəzilərini hətta Azərbaycan Dövləti əleyhinə işləməyə vadar edir.

 

Ümumilikdə Azərbaycanda QHT Sektorunun fəaliyyətini tənzimləyən bir qurumun olmaması, ölkədə təşkilatların pərakəndəliyinə və özbaşınalığına səbəb olur. Ölkədə QHT Sektorunun zəif olması ictimai aktivliyin aşağı düşməsinə, bir çox hallarda qanunların pozulması və məmur özbaşınalığı kimi qeyri-ənənəvi fəaliyyətin yaranması əhali arasında özünün şok effektini yaradır. Ölkədə ictimai aktivliyin aşağı düşməsi, qeyri-ənənəvi neqativ halların yaranmasını və inkişafını sürətləndirir ki, bu da öz növbəsində aşağı qrupundan olan insanların hquqlarının pozulmasına, onların sosial, iqtisadi, mədəni sahələrdən sıxışdırılıb çıxarılmalarına və həyat şəraitlərinin pisləşməsinə səbəb olur. Heç də təsadüfi deyildirki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həyatımızın bütün sahələrində şəffaflığın qorunması üçün ictimai təşkilatların rolunun vacibliyini dəfələrlə vurğulamışdır. O zaman baxaq görək Dövlət Rəhbərinin bu tövsiyyəsinə necə riayət edirik?

 

Müstəqilliyimizin ilk illərində, QHT sektorunda, səylərin birləşdirilməsi vacib idi. Beləki daxili müzakirələrdə Müstəqil fəaliyyət göstərən qeyri-komersiya qrumlarını bir mərkəzdə birləşdirilməsinin vacibliyi, QHT-lərin bir mərkəzdən idarə olunması vurğulanırdı. Nəhayətki belə bir mərkəzin yaradılması üçün razılıq əldə edildi. Bu “Milli Qeyri Hökumət Təşkilatları Forumu” idi.

 

Milli Qeyri Hökumət Təşkilatları Forumu (MQF).

 

Forumun yaradılması qeyri hökumət təşkilatları tərəfindən yüksək coşqu ilə qarşılandı, lakin Forum QHT sektorunun inkişafına dəstək verə bilməməsi, fəaliyyətində əmələ gələn neqativ hallar ona sektorun etimadını qazandra bilmədi. Yaranışının ilk günündən forum rəhbərliyinin bacarıqsızlığı və təcrübəsizliyi sayəsində buraxdığı nöqsanlar, sonralar bu təşkilatı lazımsız bir quruma çevirdi. Bu bacarıqsızlıq və təcrübəsizlik onları qeyri-qanuni fəaliyyətə də vadar etdi. Beləki, Foruma daxil olan QHT-lərdən daxil olma və aylıq üzvülük haqqı üçün pul alınmağa başladı. Əslində bu fəaliyyət, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunu ilə ziddiyyət təşkil edir. Beləki, qnunun 2.1. Maddəsində deyilir; “İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır”. Bəs o zaman fəaliyyəti zamanı “gəlir əldə etməyi” qanunla qadağan edilən təşkilat rəhbəri forum rəhbərinin təyin etdiyi maliyyə vəsaitini ona necə və haradan əldə edib verməlidir? Bu fəaliyyət hansı qanunla tənzimlənir? İndinin özündə belə Forum üzvləri zəng vurub təşkilatlardan üzvülük haqqı adı altında pul vəsaiti tələb edirlər. Yaxşı, təşkilatların ödədikləri hansısa vəsait qarşılığında, Forum təşkilatlara nə kimi dəstək və ya xidmət göstərir?

 

Bütün bunlarla yanaşı Forum Ölkədəki QHT-lərin inkişaf prespektivləri üçün heç bir əməli fəaliyyət həyata keçirməyə qadir olmadı. Bu istiqamətdə heç bir plan və proqram yarada bilmədi. Forumun ümumi fəaliyyəti yalnız donor axtarışından ibartət oldu və tapıldı. Bu, Azərbaycan Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası idi.

 

Azərbaycan Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

 

Yeni yaranan Təşkilatın adı əzəmətli səslənsədə, bütün fəaliyyəti dövrü adına uyğun fəaliyyət föstərə bilmədi, fəaliyyətdə olduğu müddət ərzində yalnız donor kimi yadda qaldı. Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi, bir neçə təşkilat istisna olunmaqla, heç bir təşkilata göstərilmədi.

 

Dövlət Büdcəsindən Şuraya ayrılan vısaitin qeyri bərabər bölgüsü bəzən narazılıq yaratsada, bu narazılıqlar ustalıqla aradan qaldırılırdı. Beləki, Şuraya daxil olan ümumi vəsait 3-5, 6-7, 8-10 min manatlıq hissələrə bölünərək daha çox təşkilatlara verilməsi təmin edilirdi. Bu qrantların təqdimatında dostbazlıq, qohumbazlıq və “yuxarı”dan məmurların tapşırıqları xüsusi önəm daşıyırdı. Bu isə yeni ideyaların icraasına deyil, təşkilatların ələbaxımlılığının artırılmasına xidmət edirdi. Burada yalnız xarici təşkilatlara böyük məbləğlərdə maliyyə vəsaitinin ayrılması müşahidə olunurdu Məsələn bir xarici təşkilata Ağdam haqqında 15-20 dəqiqəlik bir sənədli filmin çəkilməsi üçün 64 min yevro, Strasburqda Ermənistana qarşı Məhkəmə iddiası qaldıran bir yerli təşkilata isə 5 min manat vəsait ayrılırdı. (Qəribədir elə deyilmi?) Bu qeyri bərabərlik, bu ayrıseçkilik yerli təşkilatların inkişafına mane olurdu. Bu tendensiya Şuranın ictimai fəaliyyətində də özünü qabarıq büruzə verirdi. Beləki ictimai şuralara, beynəlxalq təşkilatlara, dövlət tədbirlərinə, beynəlxalq konfranslara nümayəndə qismində, şura üzvləri və MQF rəhbəri təyin olunurdular. Bütün tədbirlərdə eyni sifətlərin görünməsi təşkilatlar arasında ikrah hissi yaratsada etiraz etməyə qorxurdular. Çünki “qrant”dan məhrum edilmə təhlükəsi vardı.

 

Dəstək Şurasının yaranması, Azərbaycan QHT-lərinə qrant verən xarici donorların yolunu bağladı. Beləki Hökumət xarici donorların ölkəyə gəlişini qadağan etdi. Bu onunla izah olunduki, donor təşkilatlardan bəziləri ölkədə Dövlətə qarşı mənfi münasibət formalaşdırır. Lakin sonralar zaman göstərdiki bu Hökumətin səhv siyasəti idi. Beləki indinin özündə belə dövlətə müxalif bəzi qrumlar, onsuzda ikinci, üçüncü ölkələr üzərindən öz qrant paylarını alırlar. 5-6 təşkilata görə ölkəyə daxil olan milyonlarla vəsaitin qarşısının alınması, bir çox düşüncə sahiblərinin ölkədən çıxıb getməsinə və qeyri-komersiya qrumlarının inkişafına öz mənfi təsirini göstərdi. Qrantlardan məhrum olan QHT-lərin bir çoxu öz fəaliyyətlərini dayandırdılar.

 

Bütün bu müəmmalar haqlı olaraq qrant nədir? Qrant QHT-lərə necə verilməlidir? Sualını yaradır. Qrant-humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant hansısa məmurun xahişi ilə deyil, yalnız konkret məqsəd (məqsədlər) üçün verilir.
Yuxarıda adları çəkilən fəaliyyət istiqamətlərinin əksəriyyətinin icrasına nəzəri baxımdan yüz minlərlə vəsait tələb olunur. Bütün bunları azərbaycansayağı 3-5 min manatlıq qrantlarla həyata keçirmək mümkünsüzdür. Faktiki olaraq 2-ci Qarabağ müharibəsindəki qələbəmizdən sonra ölkənin 20%-inin xarabalıqdan təmizləmək vurulmuş zərərləri Beynəlxalq müstəviyə çıxarmaq üçün, davamlı fəaliyyət göstərən QHT-lərin böyük maliyyə resurslarına ehtiyacları var. Bunun üçün mütləq şəkildə xarici donorların Azərbaycana gəlişlərinə qoyulan qadağalar aradan qaldırılmalıdır.

 

Təbii ki müşahidə olunan bütün bu neqativ hallar Azərbaycan Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qapanmasına səbəb oldu. Lakin öz fəaliyyətinə xitam verməzdən əvvəl, Təşkilat İctimai Şuralara seçkilərin keçirilməsinə sərbəstlik verdi.

 

İctimai Şura.

 

İctimai Şura QHT sektorunda fəaliyyət göstərən mütəxəsislərdən təşkil olunmaraq, ayrı-ayrı sahələr üzrə, fəaliyyəti dövründə dövlət qrumuna təkliflər vermək, qrumun fəaliyyətinə ictimai nəzarət funksiyası həyata keçirmək və neqativ halların qarşısını almaqla dövlət qurumuna yardımçı olmaq məqsədi ilə yaradılır.

 

Sanki bu fəaliyyət kimləri isə qane etmədiyindən, İctimai Şuralara seçkilərdə anarxiya yaratmaqla Qeyri Hökumət Təşkilatlarını birini digəri ilə qarşı-qarşıya qoyub, QHT sektorunu gözdən salmağa çalışırlar. İctimai Şuralara seçkilərin vahid qaydaları olmadığından bir təşkilat bütün sahələrdə təmsil oluna bilər. Məsələn, baytar həkim Mədəniyyət Nazirliyində, mədəniyyət işçisi isə Kənd Təsərrüfatı Nazirliyində İctimai Şurada təmsil oluna bilər. Bu da nəticə etibarı ilə ona hesablanıb ki, mütəxəsisləri aid olduqları sahələrdən uzaqlaşdırmaqla, Dövlət qurumlarında nəzarətsizliyi bərpa etməklə, ictimai nəzarətin görüntüsünü yaradıb, korrupsiya və özbaşınalıqlara şərait yaradılsın. Buna nail olmaq üçün İctimai Şuralara namizədlərin və seçicilərin kütləviliyinin artırılmasına nail olmaq, onları içərisindən minumum sayda qabaqcadan təyin etdikləri njümayəndələri “qutudan” çıxarmaqla seçkilərin “ədalətli” keçirildiyini nümayiş etdirib hədəfə çatmaq.

 

Bu ilk növbədə illik fəaliyyəti İctimai Şuralara seçklərdə iştirakdan başqa bir şeyə yaramayan Milli Qeyri Hökumət Təşkilatları Forumu (MQF) ilə məsləhətləşdirilib bazarlıq edilir. MQF yaratdığı bir neçə qrupla bütün Dövlət qurumlarında İctimai Şuralara keçirilən seçkilərdə iştirak edir, hər qurum üçün qabaqcadan planlaşdırılan namizədlərin qutulardan çıxmasına nail olur. Və hətta belə şayələrdə gəzir ki, bəzi seçicilərin seçki məntəqələrinə gəlmələri üçün yol pulu da ödənilir.

 

Bütün bu cinayətə bərabər neqativ halların aradan qaldırılması üçün yeni yaradılan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təklif edərdim ki, İctimai Şuralara namizədlər yalnız müvafiq sahənin mütəxəsisləri qeydiyyata alınsın. Seçici qismində nəzərdə tutulan sahə üzrə yalnız o sahə üzrə ixtisaslaşmış təşkilatlar qeydiyyatdan keçirilsin. Məsələn; Mədəniyyət sahəsi üzrə ixtisaslaşmış 30 QHT vrasa qoy yalnız onlar seçici kimi iştirak etsinlər. Seçkilərin gedişi QHT-lərə Dövlət Dəstəyi Agentliyi nəzarət etsin, seçki prosesində baş verə biləcək neqativ halların qarşısı alınsın.

 

QHT-lərə Dövlət Dəstəyi Agentliyi.

 

Agentliyi yaranması münasibəti ilə təbrik edirəm. Lakin fəaliyyətinin ilk günlərində Avrasiya Xalqları Assambleyasına, Azərbaycanda bütün seçkilərdən qalibiyyətlə çıxan, Milli Qeyri Hökumət Təşkilatları Forumuun prezidenti Rauf Zeyninin seçilməsinin xəbərini eşidəndə əmin oldum ki, yeni yaradılan Agentlikdə oyunçularda həmin oyunçulardır, çalınan havada həmin havadır. Yalnız dəyişən çalğıçılardır...

 

Sözümün sonunda bir daha vurğulamaq istəyirəmki, gəlin yaddan çıxarmayaq; Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həyatımızın bütün sahələrində şəffaflığın qorunması üçün ictimai təşkilatların rolunun vacibliyini dəfələrlə vurğulamışdır.

 

Faiq İsmayılov.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
İctimai birliyinin sədri.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]