"Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr" mövzusunda respublika elmi konfransının materialları çap olunub

"Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr" mövzusunda respublika elmi konfransının materialları çap olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə keçirilən “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransının materialları çap olunub.


Kitabda filologiya elmləri doktoru, professor İmamverdi Həmidovun, professor Nəsrulla Məmmədovun, filologiya elmləri doktoru Nəsib Göyüşovun, fəlsəfə üzrə elmlər doktoru Zəkiyyə Əbilovanın, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayevin, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlının, filologiya üzrə fəlsəfə doktoru, dosent Əsmətxanım Məmmədovanın və digər tanınmış alimlərin ilahiyyat və şəqrşünaslıq elmlərinə aid məqalələri çap olunub.


Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov konfrans materiallarına yazdığı ön sözdə qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransının mərhum akademikin irsinin ilahiyyatçı və şərqşünaslar tərəfindən bundan sonra da layiqincə davam etdirilməsi, həmçinin görkəmli alimin həyat və yaradıcılığına həsr olunacaq yerli və beynəlxalq konfransların təşkilinə mühüm töhfə verəcəyinə inanırıq.


Qeyd edək ki, Vasim Məmmədəliyev 1981-1991-ci illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin dekanı, 1991-1992-ci illərdə BDU-nun humanitar fakültələr üzrə prorektoru, həmçinin 1991-ci ildən Ərəb filologiyası kafedrasının müdiri, eyni zamanda, 1993-cü ildən İlahiyyat fakültəsinin dekanı vəzifələrində çalışıb. 27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutu Himayəçilər Şurasının üzvü olub.


Akademik V.Məmmədəliyev 13 oktyabr 2019-cu ildə dünyasını dəyişib.   
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]