Azərbaycanın, Türkiyənin və Pakistanın parlament sədrləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

Azərbaycanın, Türkiyənin və Pakistanın parlament sədrləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

Xəbər verildiyi kimi, Türkiyə və Pakistan parlament sədrləri Parlament Sədrlərinin Birinci Üçtərəfli Görüşündə iştirak etmək üçün Bakıda səfərdədirlər.


İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar. Burada  görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.


Sonra Şəhidlər xiyabanına gələn parlament sədrləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.


Parlament sədrləri, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Eyni zamanda, abidənin önünə əklil qoyulub, türk şəhidlərinin xatirəsi ehtiramla yad edilib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]