Rüstəm Orucov Tokio-2020-də uduzmasından danışıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Rüstəm Orucov Tokio-2020-də uduzmasından danışıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

 OLİMPİADA. TOKİO-2020
---------------------------------------------------------
Rüstəm Orucov Tokio-2020-də uduzmasından danışıb

 

Tokio-2020-nin 3-cü günü mübarizəyə qatılan və dünya reytinqində 2-ci olduğu üçün öz çəkisində Olimpiadanın favoritlərindən hesab edilməsinə rəğmən əvvəlcə 1\4 finalda, ardından isə bürünc medal uğrunda keçirilən kiçik finalda büdrəyərək bütün ümidləri alt-üst olan tanınmış cüdoçumuz, Rüstəm Opucov (73 kq) MOK-un (Milli Olimpiya Komitəsi) rəsmi saytına açıqlama verib. Tokio-2020-də yalnız 5-ci olmağı bacaran Rio Olimpiadasının vitse-çempionu deyib:
"Açığı deyim ki, medal qazanmağı hamıdan çox mən istəyirdim. Əslində püşkdə də bəxtim gətirmişdi. Di gəlki, 3-cü görüşdə Olimpiya çempionu ilə üzləşməli oldum. Demək olar ki, bütün gücümü həmin görüşdə ortaya qoydum. Sonra isə itirdiyim gücü bərpa edə bilmədim və nəticədə də bürünc uğrunda qarşılaşmada sona qədər mübarizə aparıb medalı qazanmağı bacarmadım. Sonda Tokio-2020-ni 5-ci pillədə başa vurdum. Daha nə demək olar ki.... Görünür qismət beləymiş. Bundan sonra nə olacağını bilmirəm. Çünki hələ özümə gəlməmişəm. Əgər bu uğursuzluqdan sonra özümə gəlsəm, ilk öncə formamı bərpa etməyə çalışacam. Fürsətdən istifadə edərək, məni dəstəkləyən hər kəsə təşəkkür edirəm" - Orucov belə deyib.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]