Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı  Sumqayıt şəhərinin Xəzər dənizi sahilində, Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
 

Araşdırma zamanı brakonyerlərin Salyan rayon sakini Əkbər Sadıqov, Qazax rayon sakinləri Aydın Mehdiyev və Namiq Zeynalov olduğu məlum olub. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.
 

Eyni zamanda, Zaqatala rayonunun Car kəndi yaxınlığında ova cəhd edən kənd sakini Elçin Şabanov saxlanılaraq cərimələnib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]