YAP Gənclər Birliyinin fəalları Bakı Dövlət Universitetində olublar - FOTO

YAP Gənclər Birliyinin fəalları Bakı Dövlət Universitetində olublar - FOTO

22 iyul 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvləri Bakı Dövlət Universitetində olublar. Görüşdə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, sədr müavinləri Sevinc Qasımova və Fəsli Nəbiyev, həmçinin Gənclər Birliyinin fəal üzvləri iştirak ediblər.
 

BDU-nun tanıtım çarxının nümayişindən sonra görüş iştirakçılarını salamlayan BDU-nun rektoru Elçin Babayev ali təhsil müəssisələrinin flaqmanı olan 102 yaşlı Bakı Dövlət Universitetində yaradılmış tədris şəraiti, maddi-texniki baza, infrastruktur və tədqiqat layihələri ilə bağlı qonaqlara ətraflı məlumat verib. Elçin Babayev  tələbələrin özünüinkişafı və səmərəli sosial fəaliyyətinin təşkili üçün yaradılan struktur bölmələri haqqında söz açıb, ali məktəblər arasında ilk dəfə BDU-da yaradılan Humanitar məsələlər və gənclər siyasəti şöbəsi, Tələbə Elmi Yaradıcılıq Mərkəzi, Mədəniyyət-yaradıcılıq mərkəzi, Rəqəmsal araşdırmalar laboratoriyasının tələbələrin inkişafına verdiyi töhfələrdən bəhs edib. Görüşdə həmçinin ölkənin gənclər təşkilatları ilə müxtəlif istiqamətlərdə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub, birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
 

Rektor Elçin Babayev çıxışında gənclərin hər zaman ölkəmizin ictimai-siyasi həyatında fəallığını qeyd edib, vətənpərvər və bilikli Azərbaycan gəncliyinin formalaşması üçün dövlətin bütün şəraiti yaratdığını bildirib.
 

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov görüşün keçirilməsi üçün yaratdıqları şəraitə görə rektor Elçin Babayevə YAP Gənclər Birliyinin adından təşəkkürünü bildirib. Bu cür görüşlərin əhəmiyyətini vurğulayan Bəxtiyar İslamov Bakı Dövlət Universitetinin ölkənin ictimai-siyasi həyatında vacib rol oynadığını qeyd edərək gənclər təşkilatlarının BDU ilə əməkdaşlığının dövlət gənclər siyasətinə böyük töhfə verəcəyini qeyd edib. Partiyanın gənclər siyasətindən, təhsilin və innovasiyaların gənclərin həyatında rolundən bəhs edən B.İslamov yeni formatda qurulacaq əməkdaşlığın gənclərimizin daha geniş bilik əldə etmələrinə şərait yaradacağını bildirib.
 

Daha sonra görüşdə BDU-nun rektoru gənc fəalların suallarını cavablandırıb, BDU-da təhsil prosesi, imtahanlar və təcrübə proqramları, məzunların karyera imkanları, BDU-nun beynəlxalq əlaqələri və ikili diplomlar barədə məlumat verilib.
 

Görüşdən sonra qonaqlar BDU-nun Tələbə evini ziyarət edib, orada tələbələr üçün yaradılan şəraitlə tanış olublar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]