Narkotik vasitələr satan və avtomobillərdən oğurluq edən şəxslərə qarşı əməliyyat keçirilib (+FOTO=4, +VİDEO)

Narkotik vasitələr satan və avtomobillərdən oğurluq edən şəxslərə qarşı əməliyyat keçirilib (+FOTO=4, +VİDEO)

Narkotik vasitələr satan və avtomobillərdən oğurluq edən şəxslərə qarşı əməliyyat keçirilib (+FOTO=5, +VİDEO)

 

Paytaxtın Binəqədi rayonunda avtomobillərin maqnitafonlarını və nəqliyyat vasitələrinin salonlarında olan digər qiymətli əşyaları oğurlayan şəxs saxlanılıb.

 

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Orxan Soltanov tutulub.
Araşdırma zamanı onun bu ilin əvvəlindən saxlanılan günə qədər Binəqədi rayonu ərazisində 13 avtomobildən oğurluq etdiyi məlum olub. Orxan Soltanovun törətdiyi oğurluqların bəziləri ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

 

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Samir Ağabalayev də saxlanılıb. Onun üzərinə baxış zamanı külli miqdarda heroin, metamfetamin, metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar edilib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]