Boksçumuz Tokio-2020-yə qələbəylə başlayıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Boksçumuz Tokio-2020-yə qələbəylə başlayıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Boksçumuz Tokio-2020-yə qələbəylə başlayıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Yaponiyanın paytaxtı Tokioda sayca 32-ci olan Yay Olimpiya Oyunları davam edir. Bu gün daha bir təmsilçimiz mübarizəyə qatılıb və ilk görüşünü uğurla başa vurub. Söhbət 81 kq çəki dərəcəsində rinqə çıxan boksçumuz Alfonso Dominqiesdən gedir. İlk mərhələnin döyüşsüz keçən boksçumuz 1\8 finalda özbəkistanlı Dilşod Ruzmetovla qarşılaşıb. Döyüşü 4:1 hesablı üstünlüklə başa vuran Dominqes adını 1\4 finalşılar sırasına yazdırıb. Onun bu mərhələdəki rəqibi isə türkiyəli Bayram Malkan olacaq. Döyüş iyulin 30-da baş tutacaq.

Xatırladaq ki, Tokio-2020-nin boks yarışlarına 5 boksçumuz qatılmışdı ki, onlardan da ikisi - Cavid Çələbiyevlə (63 kq) Məhəmməd Abdullayev (+91 kq) ilk döyüşünü qələbə ilə bitirərək növbəti mərhələyə çıxıç. Daha ikisi - Tayfur Əliyevlə (57 kq) Lorentso Sotomayor (69 kq) isə ilk döyüşdəcə uduzaraq, Olimpiadada mübarizəni erkən dayandırıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]