Narkotik vasitə satan və təbliğ edən dəstələr, bu işdə qadınların rolu – Çıxışa doğru da MÜZAKİRƏ (+FOTO=4, +VİDEO)

“Narkotik vasitə satan və təbliğ edən dəstələr, bu işdə qadınların rolu” – “Çıxışa doğru”da MÜZAKİRƏ (+FOTO=4, +VİDEO)

“Narkotik vasitə satan və təbliğ edən dəstələr, bu işdə qadınların rolu” – “Çıxışa doğru”da MÜZAKİRƏ

 

 

 

Narkotik vasitə satan və təbliğ edən dəstələrlə, eyni zamanda sosial şəbəkələr vasitəsi ilə ölkə ərazisində narkotik vasitələrin satışını təşkil edən və xaricdən idarə olunan səhifələrə qarşı Daxili İşlər Nazirliyinin mütəxəssisləri tərəfindən daim xüsusi texniki vasitələrdən istifadə olunmaqla əməliyyat tədbirləri həyata keçirilir. Sosial şəbəkələrdə xaricdəki narkotacirlərin təkliflərinə ölkə ərazisində razılıq verən şəxslər bilməlidirlər ki, onlara qarşı sərt mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək və onlar polis əməkdaşları tərəfindən ifşa ediləcəklər.
Mütəxəsisslər bu işdə qadınların rolunu ayrıca qeyd edirlər...

AzTV-nin “Çıxışa doğru” verilişində “Narkotik vasitə satan və təbliğ edən dəstələr, bu işdə qadınların rolu” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – MTRŞ-ın üzvü Telli Pənahqızı, tibb elmləri doktoru, professor, həkim narkoloq Araz Əliquliyev, DİN Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev və Bakı Slavyan Universitetinin dosenti, müstəqil jurnalist Mübariz Əhmədov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]