ADU-nun nəzdindəki Konfutsi İnstitutu Yay məktəbi layihəsinə başlayıb - FOTO

ADU-nun nəzdindəki Konfutsi İnstitutu Yay məktəbi layihəsinə başlayıb - FOTO

ADU-nun nəzdindəki Konfutsi İnstitutu  “Yay məktəbi: Çində təhsil” adlı onlayn seminar keçirib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor  Rafiq  Abbasov tələbələr arasında Çin dilinə olan maraq və istəklərin artmasından danışıb. Azərbaycan-Çin əlaqələrindən bəhs edən R.Abbasov bu əlaqələrin Çin dilinə olan təlabatı, digər bir tərəfdən isə çin dilini öyrənməyə artan marağın  çin mədəniyyətinə daha dərindən nüfuz etməklə əlaqəli  olduğunu bildirib. Konfutsi İnstitutunun tələbələr üçün yaratdığı imkanlardan bəhs edən professor, pandemiya dönəmində yaranan məhdudiyyətlərdən də söz açıb. Çində təhsil imkanlarından bəhs edən professor Konfutsi İnstitutunun  hər zaman tələbələrinin yanında olduğunu da qeyd edib.
 

Ötən illərdə  Çində iki həftəlik Yay məktəbi layihəsində iştirak edən ADU Çinşünaslıq ixtisasının tələbəsi Şəbnəm Məmmədova öz təcrübəsindən danışıb.  O, bu təcrübədə görülən işlər, Çində gəzdiyi  şəhərlər və əldə etdiyi biliklər haqqında  seminar iştirakçılarına ətraflı məlumat verib. Eyni zamanda  pandemiya dövründə Çində 1 illik təhsil proqramı qazanan  ADU Çinşünaslıq ixtisasının tələbəsi Fəyyaz  Qorçubəyli də öz təcrübələrindən danışıb.  1 illik təhsil proqramının qeydiyyat mərhələləri haqqında ətraflı məlumat verib. O, pandemiya səbəbindən dərslərin onlayn keçirildiyini bildirib.


Sonda seminar iştirakçılarının sulları cavablandırılıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]