Cüdo üzrə kişilərdən ibarət yığmanın məşqçilər korpusu istefaya göndərilib - İNTİQAM təqdim edir (AZpress.AZ)

Cüdo üzrə kişilərdən ibarət yığmanın məşqçilər korpusu istefaya göndərilib - İNTİQAM təqdim edir (AZpress.AZ)

Cüdo üzrə kişilərdən ibarət yığmanın məşqçilər korpusu istefaya göndərilib - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Azərbaycan Cüdo Federasiyası (ACF) ölkənin cüdo üzrə kişi yığmasının məşqçilər korpusu ilə bağlı qərar qəbul edib. Həmin qərar əsasında yığmanın baş məşqçisi Ruslan Maşurenko, onun köməkçiləri - Elxan Məmmədov, Nazim Hüseynov və mehman Əzizov istefaya göndərilib. ACF-nin belə qərar qəbul etməsinin səbəbi kişi cüdoçularımızın Tokio-2020-də fiaskoya uğramasıdır. Kişi komandamız Olimpiadaya tam heyətlə (7 nəfər) qatılmasına rəğmən, bir dənə də olsa medal qazana bilmədi. Əvəzində Oyunlara cəmi iki cüdoçu ilə qatılan qadın yığmamız isə İrina Kindzerskayanın (+78 kq) simasında bir bürünc medal qazanaraq, tarix yazıb. Bir məqamı da qeyd edək ki, gənclər komandasının çalışdırıcısı Elçin İsmayılovun yığmanın baş məşqçisi olması haqda qərar qəbul edən ACF bir neçə idmançının əmək haqqısının azaldılmasını da yaddan çıxarmayıb.
İNTİQAM Məmmədov
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]