ASAN könüllüləri çimərliklərdə vətəndaşların xidmətində - FOTO

ASAN könüllüləri çimərliklərdə vətəndaşların xidmətində - FOTO

Çimərliklərin monitorinqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi arasında koordinasiyalı fəaliyyət davam etdirilir.
 

Buzovna, Sahil, Şıxov, Pirşağı, Goradil, Novxanı ictimai  çimərliklərində ASAN könüllüləri  fəaliyyət göstərirlər.
 

Sözügedən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədi ilə ASAN könüllüləri prosesə cəlb ediliblər.
 

Eyni zamanda könüllülər tərəfindən vətəndaşlarlar arasında əyləncəli, hədiyyəli oyunlar və müsabiqələr təşkil olunur.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)