BDU alimlərinin sintez etdiyi metal əsaslı nanohissəciklər tibdə və kənd təssərrüfatında tədbiq ediləcək

BDU alimlərinin sintez etdiyi metal əsaslı nanohissəciklər tibdə və kənd təssərrüfatında tədbiq ediləcək

BDU-nun Biofizika və molekulyar biologiya kafedrasının və Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzinin əməkdaşları metal əsaslı nanohissəciklərin antibakterial, antiviral, anormal maqnit, bitkilərdə stressorlara davamlılıq və stimullaşdırıcı xüsusiyyətlərini aydınlaşdırmışdır.


Bu məqsədlə bir sıra metal əsaslı nanohissəciklər (Ag, Au, Fe (II), Fe (III), ZnO, TiO2 və s.) bioloji üsullarla (bitkilərin müxtəlif orqanlarından alınan ekstraktlar və homogenatlar vasitəsi ilə) sintez edilmişdir. Gümüş nanohissəciklərinin antiseptik və antiviral effektləri ətraflı olaraq öyrənilmiş, onların bioloji sintez yolu ilə alınmış toksik olmayan formaları dərman daşıyıcıları, antiseptik tibbi materialların hazırlanmasında istifadəsi imkanları araşdırılmışdır. Nanohissəciklərdən bitkilərin inkişafının stimullaşdırılmasında və duza davamlılığının artırılmasında effektiv istifadə edilməsi üçün eksperimental metodlar işlənib hazırlanmışdır.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]