Xankəndi erməniləri Azərbaycan parlamentinə etimad göstərir

Xankəndi erməniləri Azərbaycan parlamentinə etimad göstərir

Xankəndi erməniləri Azərbaycan parlamentinə etimad göstərir 

 

Son günlər sosial şəbəkələrdə ölkəmizdə Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə xəbərlər tirajlanır.

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Qarabağa dönüş” təşkilatının rəhbəri, deputat Tural Gəncəliyev iddiaları əsassız hesab edir. O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımıza insanların qayıtması üçün bütün imkanların səfərbər olunduğu bir dövrdə ölkəmizə qarşı aparılan bu cür kampaniyalar çirkin niyyətlərdən xəbər verir:

 

 

“Hazırda ölkəmiz qarşısında duran ən vacib məsələ 30 ilə yaxın vətən həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz ata-baba yurdlarına geri qayıtmasını təmin etməkdir. Bunun üçün erməni işğalçılarından azad olunmuş ərazilərdə aparılan minaların təmizlənməsi prosesi, sürətli yenidənbərpa işlərinin hamımız şahidiyik. Çox təəssüf ki, belə bir məqamda bəzi dairələr diqqəti daha çox başqa istiqamətə yönəltməyə çalışırlar. Hesab edirəm ki, bu yolverilməzdir və cəmiyyət olaraq qələbəmizə kölgə salmağa çalışan dairələrə qarşı kəskin formada etirazımızı bildirməliyik”.

 

 

T.Gəncəliyev vurğulayıb ki, Milli Məclisə etimad kifayət qədər böyükdür:

 

 

“Azərbaycan parlamentinə etimad kifayət qədər böyükdür. Xankəndindən seçilən bir deputat kimi deyə bilərəm ki, Xankəndində yaşayan Azərbaycan vətəndaşı olan ermənilər də məhz öz hüquqlarının təmin olunmasını, qayğılarının həllini Azərbaycan parlamenti çərçivəsində görür. Belə bir şəraitdə referendum keçiriləcəyi, Milli Məclisin təkrarən buraxılacağı ilə bağlı addımların atılması üçün hər hansı zərurət mövcud deyil, dövlət idarəçiliyi, Milli Məclisin fəaliyyəti yüksək səviyyədə qurulub”.

 

 

Deputat pandemiya ilə mübarizə tədbirlərinə toxunaraq bildirib ki, bütün dünya gözə görünməz düşmənlə üz-üzədir:

 

 

“Ölkəmizdə pandemiyanın növbəti dalğasını müşahidə edirik. Hər gün koronavirusa yoluxanların və həyatını itirən insanların sayının artdığı görürük. Dünyanın bu virusdan necə yaxa qurtaracağını hələ ki, demək mümkün deyil. Ölkəmiz də bu bəladan minimum itkilərlə çıxmağa çalışır. Belə bir dövrdə insanlar arasında təşviş yaratmaq onları itaətsizliyə çağırmaq yalnız antimilli qüvvələrin iş ola bilər. Biz bütün qüvvələrimizi səfərbər edib bu çətin sınaqdan birlikdə çıxmalıyıq”.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]