Güləşçimiz İslam Abbasov Tokio-2020-də fiaskoya uğrayıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Güləşçimiz İslam Abbasov Tokio-2020-də fiaskoya uğrayıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Güləşçimiz İslam Abbasov Tokio-2020-də fiaskoya uğrayıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Tokio Olimpiadasının 12-ci günü daha bir medal ümidimiz puça çıxıb. Söhbət 87 kq çəki dərəcəsində mübarizə aparan yunan-Romaçı İslam Abbasovdan gedir. Böyük ümidlərlə xalça üzərinə çıxan pəhləvanımız startda kubalı güləşçi ilə qarşılaşıb. Təəssüflər olsun ki, Abbasov mübarizəyə qatıldığı 1\8 finalda kubalı rəqibi Daniel Qreqoriçlə bacarmayıb. Güləşçimizi 3:1 hesabla məğlub edən Daniel 1\4 finalda uduzunca Abbasovun təsəlliverici görüşlərə qatılmaq şansı da puça çıxıb. Bununla da İslam Abbasov debüt etdiyi Olimpiya Oyunlarında heç nə ilə yadda qalmayıb.

 

Bu gün qadın güləşçimiz, dünən startda uduzmasına rəğmən təsəlliverici görüşlərə qatılmaq şansı qazanan Elis Manolova (68 kq) da Tokio-2020-də çıxışını başa vurub. O, ilk təsəlliverici görüşdə qırğızıstanlı Meerim Jumanazarova ilə qarşılaşıb. Görüş rəqibin 1:4 hesablı qələbəsi ilə bitincə, Manolova da cışxışına tamam deyib. Bununla da Tokio-2020-ə lisenziya qazanan 44 idmançımızdan 30-u çıxışını başa vurub.
İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]