GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ +YENİLƏNDİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ +YENİLƏNDİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ 

 

#narkotik Məhkumun evindən narkotik götürüldü

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri keçirib.

 

Pentensiar Xidmətdən verilən məlumata görə, əməliyyat nəticəsində hazırda Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Anar Qabil oğlu Xəlilovun Lənkəran rayonu Göyşaban kəndindəki fərdi yaşayış evində satış məqsədilə saxladığı 158 qram çəkidə narkotik vasitə “Heroin”, 22 qram çəkidə psixotrop maddə “Metamfetamin”, 1,12 qram çəkidə narkotik vasitə “Tiryək”, 2 ədəd narkotik vasitə hesab edilən “Metadon” dərman həbi, 0,73 qram çəkidə narkotik vasitə “Qurudulmuş marixuana” və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

 

===============================================

 

#oğurluq  Avtomobildən 22 min managt pul və qızıl zinət əşyası oğurlandı

 

Saatlıda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-nə keçən gecə şəhər ərazisində QAZ-29 markalı avtomobildən 21 330 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.

Keçirilən əməliyyatla şəhər sakini, əvvəllər məhkum olunmuş C.Allahverdiyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]