Hansı ölkələrdə təhsil alan tələbələrin diplomu tanınmayıb? +FOTO=4

Hansı ölkələrdə təhsil alan tələbələrin diplomu tanınmayıb? +FOTO=4

Hansı ölkələrdə təhsil alan tələbələrin diplomu tanınmayıb? 

 

 

 

İyul ayı üçün diplomların tanınması üzrə edilən müraciətlərin statistikası açıqlanıb.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, ötən ay üzrə daxil olan 257 müraciətin 219-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 38 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

 

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 12, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 7, digər səbəblər üzrə 6 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

 

Ölkələr üzrə isə Rusiya Federasiyasından 121, Ukraynadan 50, Türkiyə Respublikasından 46, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 12, Gürcüstandan 11, digər ölkələrdən isə 17 müraciətin olduğu müşahidə olunur.

 

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 70, hüquqşünaslıq üzrə 31, iqtisadiyyat üzrə 16, biznesin idarə edilməsi üzrə 15, menecment üzrə 13 nəfərin müraciəti qeydə alınıb.

 

Qeyd edək ki, iyul ayı ərzində sənədlərə ortalama baxılma müddəti 14 gün təşkil edib.

 

Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün internet keçidinə müraciət edə bilərlər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]