Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı əmr imzalanıb

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı əmr imzalanıb

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən əmr imzalanıb.

 

 


Müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində ustad sənətkar Aşıq Ələsgərin həyat  və yaradıcılığına həsr olunmuş konfranslar, “Açıq dərs”lər, “Dəyirmi masa”lar, ədəbi–bədii gecələr, müsabiqə və yarışlar keçiriləcək.


Həmçinin ustad sənətkarın 200 illik yubileyinə həsr olunmuş rəsm sərgiləri keçiriləcək, divar  qəzeti və bülletenlər hazırlanacaq.


“Aşıq Ələsgər və  Azərbaycan  folkloru” mövzusunda  şeir müsabiqəsi təşkil olunacaq.
Bundan başqa, məktəb kitabxanalarında Aşıq Ələsgər irsinin təbliği və əsərlərinin müzakirəsi istiqamətində diskusiya və debatlar keçiriləcək.


“Aşıq  Ələsgərin 200 illik  yubileyinin  qeyd  edilməsi  ilə  bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri
 

“Aşıq  Ələsgərin 200 illik  yubileyinin  qeyd  edilməsi  ilə  bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]