ADAU-da "Sabahın kənd təsərrüfatı" yay məktəbi uğurla başa çatıb - FOTO

ADAU-da "Sabahın kənd təsərrüfatı" yay məktəbi uğurla başa çatıb - FOTO

31 iyul tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və qardaş Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün “Sabahın kənd təsərrüfatı” yay məktəbinin bağlanış tədbiri keçirilib.


Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov yay məktəbini uğurla başa vuranları səmimi qəlbdən təbrik edib, onlara uğurlar arzulayıb. “Sabahın kənd təsərrüfatı” yay məktəbi iştirakçılarının Qəbələ rayonuna səfəri zamanı göstərdiyi dəstəyə görə USAID, Özəl Sektorun İnkişafı layihəsinə və təşkilati işlərdə dəstəyinə görə “EMA” şirkətinə öz təşəkkürünü bildirib.


İştirakçılar zəngin proqramı olan, müxtəlif fəaliyyətləri, o cümlədən respublikanın müxtəlif bölgələrinə səfərləri özündə əks etdirən yay məktəbini çox yüksək qiymətləndirərək, yaradılan şəraitə, o cümlədən universitetin ən müasir standartlara cavab verən Tələbə evində yaşayış yeri ilə təminata görə rektora minnətdarlıqlarını bildiriblər.


Sonra məktəbin iştirakçılarına sertifikatlar təqdim olunub.


Qeyd edək ki,  2021-ci ilin 22-31 iyul tarixlərində keçirilən yay məktəbində 19 ali təhsil müəssisəsindən 40-a yaxın tələbə iştirak edib. İştirakçılar Gəncə şəhərində Nizami Məqbərəsi və “Nizami Gəncəvi” Muzeyi, Heydər Əliyev Park-Kompleksi, “Zəfər Tağı”, “İmamzadə” dini kompleksi, Xan bağı, “Avropa 2016-Gənclər Paytaxtı” Parkı, Gəncənin Bayraq Meydanı, “Gəncəçay” park-bulvar kompleksi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, “Xəmsə” Parkı, Göygöl Milli Parkı, Mingəçevir şəhəri və Qəbələ rayonunun görməli yerlərinə, aparıcı kənd təsərrüfatı müəssisələrinə səfərlər ediblər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]