Karateçilərimiz - Ağayev, Fərzəliyev və Zaretska triosu sabah Tokio-2020-də mübarizəyə qatılacaqlar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Karateçilərimiz - Ağayev, Fərzəliyev və Zaretska triosu sabah Tokio-2020-də mübarizəyə qatılacaqlar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Karateçilərimiz - Ağayev, Fərzəliyev və Zaretska triosu sabah Tokio-2020-də mübarizəyə qatılacaqlar - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

 

İyulun 23-də Yaponiyanın paytaxtı Tokioda startı verilən 32-ci Yay Olimpiya Oyunları artıq finişə doğru yaxınlaşır. Xatırladaq ki, Olimpiadaya qatılan 44 idmançımızdan artıq 31-i bu günə qədər çıxışını başa vurub. Onlardan isə yalnız 3-ü - cüdoçu İrina Kindzerskaya (+78 kq), boksçu Alfonso Dominqes (67 kq) və yunan-Romaçı Rafiq Hüseynov (77 kq) uğurla çıxış edərək bürünc medal qazanıb ki, bunun da sayəsində Azərbaycan Misir və Meksika ilə birlikdə 76-78-ci yerləri bölüşür. Sabah isə karateçilərimiz mübarizəyə qatılacaqlar. Xəbər verdiyimiz kimi ölkəmizi Tokio-2020-nin proqramına daxil edilən karate yarışında beş qat dünya, 11 qat Avropa çempionu adını daşıyan "Dünya Karatesini Brilliyantı" ləqbli Rafael Ağayev (75 kq), Firdovsi Fərzəliyev (67 kq) və İrina Zaterskadan (+61 kq) ibarət trio təmsil edəcək. Artıq karateçilərimizin mübarizə aparacağı qrup rəqibləri bəllidir.

 

Avqustun 5-də dayanq üzərinə çıxmağa hazırlaşan Fərzəliyev yer aldığı A qrupunda Darxan Assadilov (Qazaxıstan), Eray Şamdan (Türkiyə). Naoto Saqo (Yaponiya) və Əli Əl-Savi (Misir) ilə döyüşəcək.
Ertəsi gün dayanqa cıxacaq Ağayev B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Tsuneari Yaxiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) qarşılaşacaq.

 

Döyüşləri avqustun 7-də başalanacaq İrina Zaretska isə B qrupunda cəmləşən Məltəm Xocaoku (Türkiyə), Sofiya Berlutseva (Qazaxıstan), Ayumi Uekusa (Yaponiya) və Silviya Semeraroyla (İtaliya) döyüşə çıxacaq.

 

Qeyd: Reqlamentə görə, hər çəki dərəcəsində 10 nəfər 2 qrupda mübarizə aparacaq. Sonda qruplarda ilk iki yeri tutan karateçilər yarımfina çıxacaq. Yarımfinalda uduzanlar avtomatik olaraq, bürünc medalı özünə təmin etmiş olacaqlar. Yarımfinalı udanlar isə qızıl uğrunda final döyüşünə çıxacaqlar.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]