Azərbaycan-Türkiyə gənclərinin Beynəlxalq Zəfər Düşərgəsi uğurla yekunlaşdı +FOTO=12

Azərbaycan-Türkiyə gənclərinin Beynəlxalq Zəfər Düşərgəsi uğurla yekunlaşdı +FOTO=12

Azərbaycan-Türkiyə gənclərinin Beynəlxalq Zəfər Düşərgəsi uğurla yekunlaşdı +FOTO=12

 

 

 

Azərbaycan Gənclər Fondu, Naxçıvan Gənclər Fondu və Türkiyə Gənclər Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında keçirilən “Azərbaycan-Türkiyə gənclərinin Beynəlxalq Zəfər Düşərgəsi” yekunlaşıb.

 

Düşərgənin məqsədi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbənin iki ölkə gəncləri tərəfindən geniş şəkildə öyrənilməsi, Azərbaycan və Türkiyə dövlət başçılarının imzaladığı “Şuşa Bəyannaməsi”ni rəhbər tutaraq gənclər siyasəti sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi, qardaş dövlətlərin mədəniyyət və tarixi, eləcə də gənclərlə iş sahəsində yaradılan imkanlarla bağlı iştirakçıların maarifləndirilməsi olmuşdur.

 

Bir həftə davam edən düşərgə müddətində iştirakçılar Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni abidələri və digər turizm məkanlarına səfər etmiş, Heydər Əliyev Muzeyini ziyarət edərək, Ulu Öndərin irsi ilə tanış olmuşlar.

 

Azərbaycan və Türkiyə tarixi haqqında gənclərin maarifləndirilməsi, iki ölkə gənclərinin ortaq mədəniyyətinin öyrənilməsi, eyni zamanda 2021-ci ilin Türkiyədə “Yunus Əmrə və Türk dili”, ölkəmizdə isə “Nizami Gəncəvi” ili elan olunması ilə əlaqədar iştirakçılar arasında “Yunus-Əmrə-700 il”, “Nizami Gəncəvi-880 il” mövzulu ədəbi-bədii tədbir təşkil edilib.

 

Tədbirdə iştirak edən hər iki ölkənin gəncləri arasında vətənpərvərlik ruhunun aşılanması, Vətən müharibəsi həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə qəhrəman qazilərlə görüşlər keçirilib.

 

Düşərgə müddətində Oxçuçayın Ermənistanda yerləşən sənaye müəssisələri tərəfindən qəsdən çirkləndirilməsi və çaya zəhərli tullantıların atılması məsələsinin dünya birliyinin diqqətinə çatdırılması məqsədilə iştirakçılar tərəfindən sosial media üzərindən onlayn aksiyaya dəstək nümayiş etdirilib. Türkiyədə baş verən yanğınlar da gənclərin diqqətindən kənarda qalmayıb, iştirakçılar sosial şəbəkələr üzərindən qardaş ölkə ilə həmrəyliklərini nümayiş etdirərək paylaşımlar ediblər.
Eyni formatlı düşərgələrin yaxın gələcəkdə Türkiyədə də təşkil edilməsi nəzərdə tutulub.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]