"Əvvəlcədən evdə pul olduğunu bilirdim"- Kirayə qaldığı evdən oğurluq etdi (+FOTO=3)

"Əvvəlcədən evdə pul olduğunu bilirdim"- Kirayə qaldığı evdən oğurluq etdi (+FOTO=3)

"Əvvəlcədən evdə pul olduğunu bilirdim"- Kirayə qaldığı evdən oğurluq etdi

 

Tovuz rayon Polis Şöbəsinə müraciət edən rayon sakini olan bir qadın ona məxsus evdən nağd pulun oğurlandığını bildirib.

 

Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal Tovuz RPŞ-in əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 2550 manat pul oğurlanıb.

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, həmin evdə kirayənişin qalan Fariz İsgəndərov saxlanılıb.

 

Dindirilmə zamanı saxlanılan şəxs ev sahibinin toy mərasiminə getdiyini, əvvəlcədən evdə pul olduğunu bildiyini və pəncərədən daxil olaraq pulu oğurladığını etiraf edib. F. İsgəndərov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]