Çamizo Turan Bayramova yol aça bilmədi - İNTİQAM təqdim edir (AZpress.AZ)

Çamizo Turan Bayramova yol aça bilmədi - İNTİQAM təqdim edir (AZpress.AZ)

Çamizo Turan Bayramova yol aça bilmədi - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

 

Yaponiyanın paytaxtı Tokioda keçirilən 32-ci Yay Olimpiya Oyunlarının 5 avqusta təsadüf edən 13-cü günü sərbəst güləşçimiz Turan Bayramov (74 kq) üçün də uğursuz gün kimi yadda qalıb. Beləki, mübarizəyə qatıldığı 1\8 finalda ukraynalı Vasili Mixaylovu 4:2 hesabla udaraq 1\4-ə çıxan Azərbaycan pəhləvanı bu mərhələdə italiyalı Frank Çamizoya uduzaraq (1:3) özünü ondan asılı vəziyyətə salıb. Belə ki, Bayramovun yenidən mübarizəyə qatılması üçün Çamizo mütləq finala çıxmalıydı. Çünki yalnız bu halda Bayramov təsəlliverici görüşlərə qatıla bilərdi. Lakib bu heç də belə olmayıb. Çamizo özü də növbəti mərhələdə məğlubiyyətlə üzləşib. Bu isə Bayramov üçün mübarizəyə tamam deməklə nəticələnib. Beləliklə, Olimpiadaya yollanan 44 idmançımızdan üçü medal qazanmaqla 33-ü Tokio-2020-də çıxışını bitirib.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]