İ.Rəhimov: "Yenilməz" komandamız Zəfərə doğru irəliləyəck" - İNTİQAM təqdim edir (AZpress.AZ)

İ.Rəhimov: "Yenilməz" komandamız Zəfərə doğru irəliləyəck" - İNTİQAM təqdim edir (AZpress.AZ)

İ.Rəhimov: "Yenilməz" komandamız Zəfərə doğru irəliləyəck" - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Avqustun 24-dən sentyabrın 5-dək Yaponiyanın paytaxtı Tokioda sayca 16-cı Paralimpiya Oyunları keçiriləcək. Bununla bağlı Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov bu gün "Həyat Reyncers" otelinin "Şuşa" zalında mətbuat konfransı keçirib. lk öncə mətbuat nümayəndələrini salamlayan İlqar Rəhimov Paralimpiya hərakatı ilə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandırdıqları üçün onlara təşəkkür etdi. Tokio-2020-də 36 idmançımızın 47 növdə mübarizə aparacağını vurğulayan komitə prezidenti qeyd etdi ki, Azərbaycan müstəqil dövlət kimi 7-ci dəfə Paralimpiya Oyunlarına qatılacaq. Onun sözlərinə görə, geridə qalan 6 Paralimpiya Oyunlarında ölkəmiz 83 idmançı ilə təmsil olunub və 38 (9+18+11) medal qazanıb. "Ən uğurlu iştirakımız 2012-ci ildə London Yay Paralimpiya Oyunları olub. Oyunlara qatılan 21 idmançımız 4-ü qızıl, 5-i gümüş və 3-ü bvürünc əyarlı olmaqla 12 medal qazanmışdı" deyən Rəhimov Tokioda ən azından London nəticəsini təkrarlamaq istəyində olduqlarını da gizlətmədi. "Tokioda 24-ü kişi və 12-si qadın olmaqla 36 idmançı ilə çıxış edəcəyik ki, bu da indəyə qədər olanlarla müqayisədə rekord saydı. Rioda heyətdə cəmi 4 qadın idmançı vardı. Onu da qeyd edim ki, paralimpiyaçılarımızdan 7-si əlil arabasında çıxış edəcək. Komandamız çox gənc komandadır. Təsəvvür edin ki, heyətdə 1 nəfər 17 yaşlı idmançı - Dana Şandbibina (üzgüçü) yer alıb. Ən yaşlı idmançımız isə 59 yaşlı snayperimiz Yelena Taranovadır (Tokio-2020 onun 6-cı Paralimpiya Oyunları olacaq). O, güllə atıcılığı yarışlarında 10, 25 və 50 metr məsafələrə atəş açacaq." - deyən Komitə prezidenti idmançılarımızın Tokio-2020-yə yüksək səviyyədə hazırlaşdıqlarını vurğulayıb. Onun sözlərinə görə, Paralimpiya komandamız son bir ildə daxili TMT (təlim-məşq toplantısı) ilə yanaşı, 50 dəfə də beynəlxalq TMT-da olub. Komandamızın heyətində 2 dünya və 12 Avropa çempionu və çoxlu sayda Qran-Pri yarışların qalibi yer alıb. Komandamızın adı "Yenilməzlər"di, devizimiz isə "Yenilməzlər zəfərə doğru!"dur. " - İlqar Rəhimov belə dedi. Onun sözlərinə görə Cənubi Qafqazda Tokio-2020-yə ən çox lisenziya qazanan Azərbaycandır. Qonşularımızdan Gürcüstan 10 lisenziya qazanıb. Bədnab qonşularımız ermənilərə gəlincə isə onlar vayld-kart sayəsində cəmi bir nəfərlə iştirak edəcəklər. Paracüdo üzrə ikiqat Paralimpiya çempionu adını daşıyan İlham Zəkiyevin Tokio-2020-də bayraqdar olacağını vurğulayan İlqar Rəhimov Paralimpiya komandası üçün 3 dəst idman formasının hazırlandığını da bildirdi. Onun sözlərinə görə idmançılara Oyunlarda iştirak etmək üçün yüksək səviyyədə və müasir texnologiya əsasında hazırlanmış əlil arabaları da veriləcək. Komotə prezidenti komanda heyətinin hissə-hissə Tokioya yollanacağını da bildirdi. O qeyd etdi ki, ilk qrup avqustun 10-da yola düşəcək. Sonda isə, Rəhimov jurnalistlərin suallarını cavablandırdı. Paralimpiya Oyunlarında fərqlənən idmançılara veriləcək mükafatların məbləği haqda verilən suala cavab olaraq, bildidi ki, hələik bu haqda rəsmi qərar yoxdu.
Xatırladaq ki, Paralimpiya komandamız Rio-2016-da 22 idmançı ilə iştirak edib və 11 (1+8+2) medal qazanıb.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]