Xaricdə təhsil almış tələbələrin Diploma Confirmation Guide tədbiri baş tutub +FOTO=4

Xaricdə təhsil almış tələbələrin “Diploma Confirmation Guide” tədbiri baş tutub +FOTO=4

Xaricdə təhsil almış tələbələrin “Diploma Confirmation Guide” tədbiri baş tutub 

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə avqustun 5-də Azərbaycanlı Tələbə və Məzunlar Platforması İctimai Birliyi (ASAP) və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə 50-dən çox gəncin iştirakı ilə hibrid formatda xarici diplomların tanıdılması mövzusunda Diploma Confirmation Guide adlı tədbir keçirilib.

 

Tədbirin əsas məqsədi diplomların nostrifikasiyasında edilən yeni dəyişikliklər və elektronlaşma tendensiyasını nəzərə alaraq, gənclərə müraciətlərə baxılması qaydaları barədə dəqiq məlumat vermək, vaxt və resurs itkisi olmadan tanınma prosesini tamamlamalarına dair gənclərə düzgün istiqamət göstərməkdən ibarət olub.

 

Tədbiri Azərbaycanlı Tələbə və Məzunlar Platforması İctimai Birliyinin baş katibi Ülkər Qurbanova videotanıtım vasitəsilə ASAP haqda qısa məlumat verərək açıq elan edib. ASAP baş katibi dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramlarının təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyllərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət etdiyinə diqqəti çəkərək, atılan addımların ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfə verdiyini qeyd edib. Azərbaycan Gənclər Fondunun Beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin müdiri Vüsalə Niftiyeva çıxışı zamanı gənclərin xaricdə təhsil almasına ölkə rəhbərliyinin göstərdiyi dəstəkdən, yaradılan imkanlardan, eləcə də Azərbaycan Gənclər Fondunun yaratdığı fürsətlərdən söz açıb. Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalivifkasiyaların tanınması şöbəsinin müdiri Aysel Kərimli xaricdə universitet seçimi, ölkədə tanınan universitetlər, təhsil almağa getməzdən öncə diqqət yetirilməli olan məqamlardan, diplomların təsdiqi prosesində dövlət qurumları tərəfindən yaradılan imkanlardan, elektronlaşma tendensiyasından danışıb. İnformasiya şöbəsinin əməkdaşı Könül Əhmədova tədbirin sual-cavab hissəsinə qoşularaq, tələbələri maraqlandıran sualları cavablandırıb.

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]