GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ 

 

#heroin   Narkotik maddə satışı ilə məşğul olan Beyləqan sakini saxlanıldı

 

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Birinci Şahsevən kənd sakini, əvvəllər məhkum olunmuş Rövşən Qabilov saxlanılıb.

 

Onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman iki büküm "patı" adlanan psixotrop maddə - metamfetamin, dörd bükümdə çəkisi 19 qramdan artıq heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

 

Faktla bağlı Beyləqan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

====================================================

 

#polis Qumbara partlayışında xəsarət alan polis zabiti dünyasını dəyişdi

 

İyulun 27-də Bakının "Maşın bazarı"nda axtarışda olan şəxsin özünü qumbara ilə partlatması nəticəsində xəsarət alan polis əməkdaşlarından biri vəfat edib.

 

Narkotiklərin qanunsuz dövriyyəsinə görə axtarışda olan 1982-ci il təvəllüdlü Müseyib Ələsgərov polislərin onu saxlaması üçün keçirdiyi əməliyyat zamanı özünü partlarmışdı. Həmin vaxt 4 polis əməkdaşı xəsarət almışdı.

 

Həmin polislərdən biri, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov bu gün xəstəxanada vəfat edib. O, hadisə zamanı bədənin müxtəlif nahiyələrindən qəlpə xəsarəti almışdı.


Elçin Səfərov Bakı 1 saylı İstintaq Təcridxanasının keçmiş rəisi Rəşid Səfərovun oğludur. R. Səfərov 2017-ci ildə bu vəzifədən çıxarılaraq Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdu.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]