Azərbaycan Tokio-2020-n 7 medalla başa vurub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan Tokio-2020-n 7 medalla başa vurub - İNTİQAM təqdim edir (AZpress.AZ)

 TOKİO-2020. OLİMPİADA
---------------------------------------------------------------
Azərbaycan Tokio-2020-n 7 medalla başa vurub

 

İyulun 23-də Yaponiyanın paytaxtı Tokioda rəsmi olaraq startı verilən 32-ci Yay Olimpiya Oyunlarına sabah yekun vurulacaq. 4 illiyin zirvə yarışına 40 lisenziya sayəsində 44 idmançı ilə qatılan Azərbaycan komandası çıxışını 3-ü gümüş, 4-ü isə bürünc əyarlı olmaqla 7 medalla başa vurub. Yeri gəlmişkən, gümüş medalları İrina Zaretska (+61 kq), Rafael Ağayev (75 kq, hər ikisi karate) və Hacı Əliyev (65 kq, sərbəst güləş), "bürüncləri" isə İrina Kindzerskaya (+78 kq, cüdo), Alfonso Dominqes (81 kq, boks), Rafiq Hüseynov (77 kq, yunan-Roma gül\əşi) və Mariya Stadnik (50 kq, sərbəst güləş) qazanıb. Xatırladaq ki, 207 iştirakçı ölkə arasında 93 medal qazananlar arasında Azərbaycan 67-ci pillədə yer alıb.
Çinin (38+29+17) liderlik etdiyi medal sıralanmasında ABŞ (34+36+32) ikinci, ev sahibi olan Yaponiya (24+12+16) isə üçüncü yeri tutur.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]