İrina Zaretskaya finalda büdrədi - İNTİQAM təqdim edir (AZpress.AZ)

İrina Zaretskaya finalda büdrədi - İNTİQAM təqdim edir (AZpress.AZ)

 TOKİO-2020. OLİMPİADA
-------------------------------------------------------------
İrina Zaretskaya finalda büdrədi

 

 

 

Tokio Olimpiadasının başa çatmasına bir gün qalmış mübarizəyə qatılan karateçimiz İrina Zaretska (+61 kq) da uğurlu çıxış edərək, yığmamızın aktivinə medal yazdıra bilib. Qeyd edək ki, qrup mərhələsində keçirdiyi 4 görüşün hamısını qələbə ilə başa buraraq, lider kimi 1\2 finala çızan karateçimiz yarım final görüşünü də üstün durumda bitirməklə finala çıxıb. Təəssüflər olsun ki, İrina finalda üzləşdiyi Misir təmsilçisi Faryel Abdal-Əzizlə bacarmayıb - 0:2. Bununla da Zaretska ilk dəfə qatıldığı Olimpiadada gümüş medal qazanıb. Zaretskanın keçirdiyi görüşlərin nəticəsi belədir:
Zaretska - Ayumi Uekusa (Yaponiya) – 4:1;
Zaretska – Silviya Semeraro (İtaliya) – 3:2;
Zaretska – Sofya Berultseva (Qazaxıstan) – 4:5;
Zaretska – Meltem Xocaoğlu (Türkiyə) – 4:0.

1\2 final: Zaretska - Qonq Li (Çin) - 7:2.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]