Birlik Qarabağ gənclərinin həmrəylik düşərgəsi başa çatıb +FOTO=13

“Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi başa çatıb +FOTO=13

“Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi başa çatıb +FOTO=13

 

 

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Şamaxı rayonunda keçirilən “Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi uğurla yekunlaşıb.
Düşərgənin keçirilməsində məqsəd Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi ilə reallaşan Böyük qayıdışa və Qarabağda dirçəlişə töhfə vermək istəyən Qarabağ gəncləri arasında şəbəkələşməni təmin etmək, bununla bağlı gənclərin ideyalarını toplamaq və onların təşəbbüskarlığını artırmaq, həmçinin müxtəlif təlim və görüşlər vasitəsilə gənclərdə vətənpərvərlik və həmrəylik hissini gücləndirmək, şəxsi inkişaflarına dəstək olaraq asudə vaxtlarını səmərəli təşkil etmək olmuşdur.

 

“BirliyimİZ” devizi altında 7 gün davam edən düşərgədə 80 nəfər Qarabağ gənci “Zəfər”, “Dəmir Yumruq”, “Bayraqdar”, “Xarıbülbül” və “Qayıdış” adlı komandalar şəklində iştirak ediblər. Düşərgədə gənclər üçün Vətən müharibəsi iştirakçılarının, rəsmilərin və tanınmış simaların iştirakı ilə görüşlər, hər bir komanda üçün şəxsi və komanda inkişafı yönümlü təlimlər, Qarabağda dirçəlişlə bağlı müxtəlif ideyaların və layihələrin müzakirəsi, tematik vorkşoplar, intellektual, şəbəkələşmə və komanda inkişafı oyunları, Qarabağ bölgəsinə aid mədəniyyət axşamları, təbiətə ekskursiyalar və asudə vaxtda müxtəlif əyləncəli fəaliyyətlər həyata keçirilib.

 

Düşərgənin 5 avqust tarixində Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilən bağlanış mərasimində qəhrəman qazilərimiz Azərbaycan Respublikasının Dövlət Bayrağını təntənəli şəkildə tədbir zalına gətiriblər. Düşərgə iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov Dövlət Bayrağını düşərgədə iştirak edən şəhid Milli Qəhrəman Tofiq Hüseynovun nəvəsi Ləman Həsənovaya təqdim edib.

 

Bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvləri və Vətən Müharibəsi qaziləri iştirak ediblər. Çıxışlardan sonra mərasim düşərgədə iştirak edən istedadlı gənclərin təqdimatında Qarabağın mədəniyyətinə aid musiqi, rəqs və şeir kompozisiyaları ilə davam edib.

 

Sonda “Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsinin qalibləri açıqlanıb. Birliyimiz nəticəsində əldə olunan böyük Qələbənin simvollarının adını daşıyan komandalarda təmsil olunan Vətən müharibəsi qaziləri düşərgənin qalibləri elan olunublar. Qaliblər hədiyyələrlə mükafatlandırılıb.
Böyük maraqla qarşılanan düşərgənin hər il keçirilməsi nəzərdə tutulub.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]