Qadın şahmatçıların Avropa çempionatı başlayıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Qadın şahmatçıların Avropa çempionatı başlayıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Qadın şahmatçıların Avropa çempionatı başlayıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Dünən Rumıniyanın Yassax şəhərində qadın şahmatçılar arasında fərdi Avropa çempionatına start verilib. Mükafat fondu 60 min dollar təşkil edən və Azərbaycanı təmsil edən 10 şahmatçı da daxil olmaqla, 117 zəka sahibinin iştirak etditi və İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan çempionatın ilk turunr şahmatçılarımız üçün bir qədər uğurlu hesab etmək olar. Belə ki, həmyerlilərimizdən 6-sı qələbə qazandığı halda, iki şahmatçımız rəqiblə sülh bağlayıb, 2-si isə məğlubiyyətlə üzləşib. Günay Məmmədzadə, Gülnar Məmmədova. Xanım Balacayeva, Gövhər Beydullayeva. Zeynəb Məmmədyarova, və Ülviyyə Fətəliyeva turu qələbəylə bitirib. Türkan Məmmədyarova ilə Xəyalə Abdulla rəqiblə sülh bağlayıb. Daha iki təmsilçimiz - Ayan Allahverdiyeva və Nəsrin Babayeva isə AÇ-ya məğlubiyyətlə başlayıb. Bir məqamı da qeyd edək ki, Ayan startda öz həmyerlimiz Xanım Balacayevaya uduzub.

Qeyd. AÇ-də ilk 10 yeri tutan şahmatçı Dünya Kubokunda iştirak etmək hüququ qazanacaq. Çempionat avqustun 20-də başa çatacaq.

İNTİQAM Məmmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]