Məmmədyarov "Grand Chess Tour"un rapid yarışlarında 7-ci olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov "Grand Chess Tour"un rapid yarışlarında 7-ci olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov "Grand Chess Tour"un rapid yarışlarında 7-ci olub

- İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Sent-Luisdə (ABŞ) şahmat üzrə keçirilən və rapid və blits yarışlarından ibarət olan "Grand Chess Tour" seriyasının 4-cü mərhələsi davam edir. Mükafat fondu 150 min dollar təşkil edən və həmyerlimiz Şəhriyar Məmmədyarov da daxil olmaqla 10 qrossmeysterin 3 gün mübarizə apardığı rapid yarışları başa çatıb. Dairəvi sistem üzrə keçirilməklə 9 turdan ibarət olan yarışda 8 xal toplayan Məmmədyarov 7-ci yeri tutub. Yarışın qalibi isə 12 toplayan Xikaru Nakamura (ABŞ) olub. Bu gün və sabah isə şahmatçılar özlərini blits turnirdə sınayacaqlar. Rapid yarışının yekun turnir cədvəli belədir:

 

1. Xikaru Nakamura (ABŞ) - 12 xal, 2-3. Fabiano Karuana (ABŞ), Rixard Rapport (Macarıstan) – hərəyə 11 xal, 4-6.Uesli So (ABŞ), Petr Svidler (Rusiya), Semuel Şenklend (ABŞ) - hərəyə 9 xal, 7-8. Şəhriyar Məmmədyarov, Ceffri Şonq (ABŞ) - hərəyə 8 xal, 9. Lenyer Dominqes (ABŞ) - 7 xal, 10. Le Kuanq Lyem (Vyetnam) - 6 xal. İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]