Günay Məmmədzadə həm xal, həm də liderliyini itirdi İNTİQAM təqdim edir (Azpress.AZ)

Günay Məmmədzadə həm xal, həm də liderliyini itirdi İNTİQAM təqdim edir (Azpress.AZ)

ŞAHMAT
---------------------------------------------------------------
Günay Məmmədzadə həm xal, həm də liderliyini itirdi

 

Rumıniyanın Yassax şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatı keçirilir. 10 həmyerlimiz də daxil olmaqla 117 zəka sahibinin mübarizə apardığı çempionatda bu gün 6-cı tura yekun vurulub. Turu şahmatçılarımız üçün heç də uğurlu hesab etmək olmaz. Beləki həmyerlilərimizdən 3 qalib gəlib, 3-ü heç-heçə oynadığı turda 4 şahmatçımız isə məğlubiyyətlə üzləşib. Ülviyyə Fətəliyeva, Nəsrin Babayeva və Ayan Allahverdiyevanın qalib gəldiyi turda Günay Məmmədzadə, Gülnar Məmmədova və Xanım Balacayeva rəqiblə xal bölgüsünə razılaşıb. Gövhər Beydullayeva. Xəyalə Abdulla, və Türkanla Zeynəb Məmmədyarova bacıları məğlubiyyətlə üzləşib. Turun ən çox diqqət çəkən oyunu ilk 5 turdan sonra yarış cədvəlində birinci olan həmyerlimiz Günay Məmmədzadə ilə onunla eyni xal ehtiyatına malik olaraq 2-ci pillədə yer alan ukraynalı Yuliya Osmak arasında baş tutub. Görüşdə həmyerlimiz 0,5 xal itkisi ilə üzləşib. Bu isə onun 1-ci pillədən 2-ci yerə düşməsinə səbəb olub. İndi 6 turdan sonra hərəyə 5 xal toplayan erməni Elina Danielyan, Günay Məmədzadə, Yuliya Osmak və daha 3 şahmatçı müvafiq ardıcıllıqla 1-6-cı yerləri bölüşür.

Bir məqamı da qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan şempionatda ilk 10 yeri tutan şahmatçı Dünya Kubokunda iştirak etmək hüququ qazanmış olacaq.

İNTİQAM Məmmədov 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]