Yığmamızın toppaylayıcısı Kristina Besman AÇ-yə ümidlə gedir - İNTİQAM təqdim edir (AZpress.AZ)

Yığmamızın toppaylayıcısı Kristina Besman AÇ-yə ümidlə gedir - İNTİQAM təqdim edir (AZpress.AZ)

Yığmamızın toppaylayıcısı Kristina Besman AÇ-yə ümidlə gedir - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

AÇ-2021-ə hazırlıqla bağlı 1-7 avqust aralığında Macarıstanda təlim-məşq toplanışında və eləcə də orada keçirilən “Savaria” beynəlxalq mini-turnirində də iştirak edən millimiz avqustun 8-də Macarıstandan bir başa Bosniya və Herseqovinaya yola düşüb. Voleybolçularımız hazırlıq planına uyğun olaraq təlim-məşqləri Bosniya və Herseqovinada davam etdirirlər. Vüqar Əliyevin rəhbərlik etdiyi komandamız avqustun 16- da Bosniya və Herseqovinada təlim-məşq toplantılarına yekun vuracaq və avqustun 17-də Avropa çempionatının keçiriləcəyi Serbiyanın Belqrad şəhərinə yollanacaq. Bu arada yığmamızın toppaylayıcısı Kristina Besman AVF-nin saytına qitə çempionatına hazırlıqla bağlı açıqlama verib: "Avropa çempiomatının başlamasına sayılı günlər qalıb. Bütün iştirakçılar kimi bizdə hazılığın son mərhələsindəyik. Bosniya və Herseqovinada məşqlərimiz davam edir və buradan bir başa Serbiyaya yola düşəcəyik. Avropa çempionatına hazırlığımız iyun ayında başlayıb. İki ay ərzində təlim-məşq toplantıları və yoxlama oyunlarımız olub. Düzdür keçirdiyimiz yoxlama oyunlarda məğlub olduq, ama bu bizi həvəsdən salmamlıdır. Artıq komandamız burada tam heyətlə məşqlərə davam edir. Olena Xarçenko da Bosniya və Herseqovinadan bizimlə məşqlərə qatılıb. İnanıram ki, oyunlarda Olenanın komandamıza çox böyük köməyi olacaq.

 

Bu mənim 4- cü Avropa çempionatımdır. Hər bir idmançı kimi mən də meydançaya qalıb gəlmək üçün çıxıram. Düşünürəm ki, biz hər birimiz özümüzə inansaq və meydançada gözəl oyunumuzu oynasaq o zaman daha rahat qələbə qazana bilərik".

HAZIRLADI: İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]