Vətənpərvərlik etüdləri layihəsi Ağcabədidə AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=154+ViDEO)

“Vətənpərvərlik etüdləri” layihəsi Ağcabədidə AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=154+ViDEO)

 “Vətənpərvərlik etüdləri” layihəsi Ağcabədidə

 

Avqust ayının 14-də YAP-ın Yasamal Rayon təşkilatı, Ağcəbədi Rayon İcra Hakimiyyəti və Ağcəbədi rayonundan millət vəkili Aqil Abbasın təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Asif (FRED) Məhərrəmov adına fondun və MVQSY İB - nin dəstəyi ilə Ulu Öndərimiz Heydər Əliyevin 98-ci il dönümünə həsr olunmuş “Vətənpərvərlik Etüdləri” Ağcəbədi rayonunda baş tutdu. Azərbaycan Rəssamlar İttifaqının üzvləri layihə və etüd rəhbərləri Elnurə və Aygün İsgəndərova bacıları AZpress.AZ- ın bölgə müxbirinə bildiriblər ki, “Vətənpərvərlik Etüdləri” layihəsini artıq beş ildir həyata keçirilir. Layihənin əsas məqsədi bölgələrimizi daha yaxından tanıtmaq və eyni zamanda kənd turizminin inkişafına dəstək olmaqdır.
Öncə etüd iştirakçılarını Asan Xidmət Mərkəzində Ağcəbədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qəbul etdi. Rafil müəllim səmimi söhbət zamanı qonaqları salamlayaraq bu təşəbbüsün bölgələrimizin tanıdılması adına çox təqdirəlayiq bir addım olduğunu qeyd etdi.
Qarabağ müharibəsi zamanı Ağcabədi rayonunun nə qədər düşmən hücumuna məruz qalsa da əhalinin qələbəyə inamı, igidlərimizin düşmənə qarşı mübarizəsi nəticəsində 42 şəhid və çoxsaylı qaziləri ilə ölkənin qəhrəman şəhərlərindən biri olduğunu sübut etdi. Dövlətimizin qayğısı nəticəsində Ağcabədi rayonu da sürətlə inkişaf edən rayonlar arasındadır. İcra başçısı layihə iştirakçılarına rayonunun qədim, tarixi yerlərini, eyni zamanda rayonun müasir inkişafını, təbiətini, mədəni irsini yaxından tanımağa dəvət etdi, uğurlar arzuladı, xatirə şəkilləri çəkildi. İştirakçılar ilk olaraq qədim tarixə malik olan Boyat kəndində yerləşən Ağcabədi rayonu Məhəmməd Füzuli adına Boyat kənd kitabxanasına səfər etdilər.
MVQSY İB-nin sədri Rada Abbas kitabxanaya üzərində Məhəmməd Füzulinin rəsmi olan qədim xalça və 100 ədəd kitab hədiyyə etdi.
Növbəti dayanacaq Qarabağ Atçılıq Kompleksi oldu. Kompleksin əməkdaşları iştirakçıları füsunkar Qarabağ cins atları ilə tanış etdilər və kompleksin fəaliyyəti
haqqında ətraflı məlumat verdilər.
İştirakçıların son dayanacağı Ağgöl Milli Parkı oldu. Gözəlliyi ilə göz oxşayan Ağgöl Milli Parkından ilhamlanan rəssamlar və fotoqraflar bir-birindən gözəl rəsm əsərləri, fotolar ərsəyə gətirdilər.
Sonda iştirakçılar diplom və "Xarı Bülbül" döş nişanı ilə təltif olundular.
Eyni zamanda əslən Ağcəbədi rayonundan olan Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Tariyel Salmanovun portreti ailəsinə xatirə olaraq hədiyyə olundu.
Beləliklə, layihə çərçivəsində iştirakçılar Ağcabədirayonunun tarixi, təbiəti, mədəniyyəti, milli-mənəvi dəyərləri, özünəməxsus ləziz mətbəxi ilə tanış olmaqdan şad oldular.
Qeyd edək ki, qonaqlar arasında KKTCBakı təmsilçiliyinin təhsil və mədəniyyət atteşesi, dünyaca tanınmış fotoqraf Tevfik Ulual da iştirak edirdi.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]