Şəhriyar Məmmədyarov Sent-Luisdə 6-cı olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Şəhriyar Məmmədyarov Sent-Luisdə 6-cı olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

ŞAHMAT
----------------------------------------------------------
Şəhriyar Məmmədyarov Sent-Luisdə 6-cı olub


11-15 avqust günlərində Sent-Luisdə (ABŞ) "Grand Chess Tour" seriyasının 4-cü mərhələ yarışı keçirilib. Mükafat fondu 150 min dollar təşkil edən turnirdə həmyerlimiz Şəhriyar Məmmədyarov da daxil olmaqla 10 qrossmeyster mübarizə aparıb. Turnirin ilk 3 günündə iştirakçılar özlərini rapid üzrə, son 2 gündə isə blits yarışlarında sınayıblar. Xikaru Nakamuranın (ABŞ) 12 xalla birinci yeri tutduğu rapid turnirində Şəhriyar Məmmədyarov 8 xalla 6-cı, Nakamuranın yenə də 12 xalla birinci yeri tutduğu blits turnirində isə Məmmədyarov 9 xalla 6-cı olub. İki turnirin ümumi nəticəsinə gəlincə, Məmmədyarov topladığı 17 xalla yenə də 6-cı yeri tutub. Turnirin qalibi adını isə Xikaru Nakamira (24 xal) qazanıb. O, həm də 37500 dollar mükafat əldə edib.
İNTİQAM Məmmədov 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]