Üç güləşçimiz DÇ-nin finalında - İNTİQAM təqdim edir (AZpress.AZ)

Üç güləşçimiz DÇ-nin finalında - İNTİQAM təqdim edir (AZpress.AZ)

 GÜLƏŞ
-----------------------------------------------

Üç güləşçimiz DÇ-nin finalında

 

 

Bu gün Rusiyanın Ufa şəhərində gənclər arasında güləş üzrə dünya çempionatına start verilib. İlk olaraq 5 sərbəst güləşçimiz döşək üzərinə çıxıb ki, onlardan da 3-ü - Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Əşrəfov (79 kq) uğurla çıxış edərək finala çıxıb. 57 kq-da mübarizəyə qatılan Nurəddin Novruzov yarımfinalda uduzub ki, bu da ona bürünc medal uğrunda mübarizə aparmaq imkanı verib. Daha bir güləşçimiz - Xasay Yusifovsa (97 kq) çıxışını erkən dayandırıb. Sabah daha 5 güləşçimiz döşək üzərinə çıxaraq, mübarizyə qatılacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]