Daniil Medvedev Masters seriya turnirinin qalibi olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Daniil Medvedev “Masters” seriya turnirinin qalibi olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Daniil Medvedev “Masters” seriya turnirinin qalibi olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Rusiyalı tennisçi Daniil Medvedev Torontoda (Kanada) “Masters” seriyası çərçivəsində keçirilən tennis turnirinin qalibi olub. Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinqində ikinci sırada qərarlaşan D.Medvedev finalda ABŞ təmsilçisi Reylli Opelka ilə qarşılaşıb. Görüş rusiyalı tennisçinin qələbəsi ilə başa çatıb - 6:4 və 6:3. Bu, onun cari mövsümdə qazandığı 3-cü, karyerasında isə 12-ci titul olub. Avqustun 8-də start verilən və mükafat fondu 2,85 milyon dollar təşkil edən bəlli turnirdə qazandığı qələbə sayəsində rusiyalı raketka ustası ATP-nin reytinq siyahısındakı mövqeyini qoruyub. O, həm də 4,8 milyon dollara sahib olub. R.Opelka isə finalda məğlub olmasına baxmayaraq, reytinq siyahısında yeddi pillə irəliləyərək 25-ci olub.

Monreal şəhərində keçirilən qadınların analoji turnirində isə italiyalı Kamila Ciorci birinci yeri tutub. ATP-nin reytinq siyahısında 71-ci olan raketka ustası finalda çexiyalı tennisçi, reytinqdə altıncı yerdə qərarlaşan Karolina Plişkovanı məğlub edib – 6:3, 7:5. Karyerasında 3-cü titulunu qazanan 29 yaşlı K.Corci bu qələbə sayəsində ATP-nin reytinq cədvəlində 34-cü pilləyə qalxıb.

Qadın tennisçilərin turnirində mükafat fondu 1,8 milyon dollar təşkil edib.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]